Yazdırma Seçimləri:

Sobada Pendirli Gülkələmi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Qış fəslinin baş tacı olan, ən faydalı tərəvəzlər arasında ilk sırada yer alan, ləzzəti ilə damaqda bənzərsiz bir dadı olan gül kələmindən fərqli -fərqli yeməklər hazırlamaq mümkündür. Südlü gül kələmi sobada bişirilən yüngül və asan yeməkdir. Süd və mozarella pendiri ilə ləzzətli dadı olan gül kələmini sevməyənlər belə bu resepti öyrəndikdən sonra çox sevməyə başlayacaqlar.

Fırında pendirli gülkələmi

Sobada Pendirli Gülkələmi Qızartması Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd orta boy gülkələmi
 1 ədəd yumurta
 1 stəkan süd
  yemək qaşığı zeytun yağı
 1 stəkan rəndələnmiş mozzarella pendri
 1 ədəd soğan
 4 diş sarımsaq
 1 çay qayığı qırmızı toz bibər
 duz
  istiot
Pendirli Gülkələmi Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz südü stəkana süzün.
✅ Gülkələmini kiçik hissələrə ayırın.
✅İstifadə edəcəyiniz gülkələmini yuyaraq suyunu süzüb bir mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.
✅Lazım olacaq zeytun yağını bir tavaya süzün.
✅ İstifadə edəcəyiniz holland pendirini kasaya yığın.

Pendirli Gülkələmi Üçün Ərzaqların Hazırlanması
2

✅Yuduğunuz gülkələmini sonra duzlu, limonlu, qaynamış suda 10 dəqiqəyə yaxın bir az ağıza gələ biləcək qədər bişirin.
✅ Gülkələminin kiçik hissələrə ayrılmış hissələrini 5-6 dəqiqə ocaqda bişirin və sonra soba qabına , yaxud da istiyə davamlı qaba yerləşdirin.
✅ İstifadə edəcəyiniz yumurtanı kasaya sındırın.
✅Holland pendirini rəndələyin.
✅Ədviyyatları kasaya yığın.

Gülkələminin Bişirilməyə Hazırlanması
3

✅ Ayrı bir qabda yumurta, süd, zeytun yağı, duz və ədviyyatları eyni səviyyədə qarışana qədər çırpın.
✅ Çırpdığınız yumurtalı qarışığı gülkələmlərinin üzərinə tökərək bir qaşıq yardımı ilə bərabər səviyyədə yayın.

Pendirli Gülkələminın Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
✅ Hazırladığınız qarışımı sobaya verin və 20 dəqiqəyə yaxın bişirin.
✅ 20 dəqiqədən sonra qarışımın üzərinə mozarella pendiri rəndələyin.
✅ Pendir əlavə etdiyiniz gülkələmini daha 15 dəqiqə sobada bişirin.
✅ Gülkələminin üzəri xəfifcə qızardıqdan sonra sobadan çıxardaraq 5 dəqiqəyə yaxın dincə qoyun.

Pendirli Gülkələminin Servis Edilməsi
5

✅ Hazır olan bu yeməyi isti vəziyyətdə servis edin.

Nuş Olsun!