Yazdırma Seçimləri:

Sobada Qiyməli Blincik Dolması

Verimlilik8 PorsiyonHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Sobada qiyməli blinçik dolması hazırlanması çox asan bir yeməkdir. Asan hazırlanmasğna baxmayaraq çox ləzzətli və doyurucu bir yeməkdir.

blincik dolmasi

👉Sobada Qiyməli Blinçik Dolması Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 2 stəkan süd
 2 yemək qaşığı zeytun yağı
 1,50 stəkan un
 1 çay qayığı duz
👉İçliyi Üçün Lazım Olan Ərzaqlar
 500 q orta yağlı qiymə
 1 ədəd böyük soğan
 1 dəstə cəfəri
 3 yemək qaşığı suxari
 1 ədəd yumurta
 kəklik otu
 cirə
 İstəyə görə istiot
 qırmızı bibər
 1 çay qayığı duz
👉Sosu Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan süd
 2 ədəd yumurta
 1 stəkan rəndələnmiş holland pendri
👉Sobada Blinçik Dolması Xəmirinin Hazırlanma Qaydası
1

✅ Duru ərzaqları dərin bir qaba alıb qarışdırın.
✅ Duz əlavə edin.
✅ Unu ələyərək duru ərzaqlara qatın.
✅ Blinçik dolmasının xəmirinin duru olması çox vacibdir.
✅ Qatı olarsa blinciklərin bişməsi çətinləşər və içi xəmir qalar.

Blincikin Bişirilməsi
2

✅ Blinçik tavasını yağlayın.
✅ Yaxşıca isinmiş tavaya bir çömçə blincik xəmirindən töküb xəmiri tavanın hər yerinə bərabər qalınlıqda yaymağa çalışın.
✅ Bişdikdən sonra digər tərəfə çevirin
✅ Blincikləri alt üst çevirərək bişirin.
✅ Orta atəşdə bişirin.

👉İçliyinin Hazırlanması
3

✅ Soğanları və göyərtiləri balaca- balaca doğrayın.
✅ Daha sonra qiymənin içərisinə əlavə edin.
✅ Ədviyyatlarıda əlavə edin
✅Dolmanın ərzaqlarını 15 dəqiqəyə yaxın yoğurun.
✅Yoğrulmuş içlikdən 8 ədət uzunsov formalı küftə hazırlayın.
✅Küftələri tavada az yağla azacıq qızardın.
✅ Hər tərəfi biraz qızarana qədər bişirin.

Blincikin Bişirilməsi
4

✅Hazırladığınız blinciklərin bir tərəfinə küftələrdən qoyun.
✅Kənarlarını içə qatlayıb rulon kimi bükün.
✅Bükdüyünüz dolmaları soba sinisinə yerləşdirin.
✅Sosun ərzaqlarını qarışdırın, yaxşıca çırpın və blinciklərin üzərinə tökün.
✅ Daha sonra üzərinə holland pendiri tökün
✅180 dərəcə qızdırılmış sobada holland pendirləri qızarana qədər bişirin.

👉Servis Tövsiyyəsi
5

blincik dolmasi

✅ Bu yeməyi dilimləyərək və yanında tərəvəz və ya kartof qızartmasıyla servis edin.
✅ Sobada blinçik dolmasının yanında süfrəyə ayran vermək olar.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0