Yazdırma Seçimləri:

Sobada Qiyməli Kartof Püresi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

İndi xəmiri olmayan, besamel sosu olmayan ancaq iç xərci ilə lazanyanı kölgədə qoyan bu Sobada qiyməli kartof püresini çox sevəcəksiniz.
Reseptimiz çox sadədir. Əvvəlcə barmaqlarımızı da yeyəcəyiniz dadlı bir qiymə hazırlayaq. Sonra bu iki ləzzəti birləşdirib sobada bişirək. Üzərinə də holland pendiri rəndələdikmi hər şey tamamdır demək. O zaman gecikməyək. Resept 1001dad.com səhifəsindən bişirmək isə sizdən.

Qiyməli kartof püresi

Kartof Püresi Üçün Lazım Olan Ərzaqlar
 5 ədəd kartof
 1 çimdik istiot
 1 çay qayığı duz
 1 ədəd yumurta ağı
 1 ədəd yumurta
Qiyməli İçlik Üçün Lazım Olan Ərzaqlar
 300 q qiymə
 ½ ədəd soğan
 1 diş sarımsaq
 70 q kərə yağı
 20 q bibər tomatı
 1 ədəd pomidor
 1 çimdik istiot
 1 çay qayığı duz
Kartof Püresinin Hazırlanması Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz əti yuyub suyunu süzməsi üçün aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz kartofları təmiz yuyub bir qazana yığın.
✅ Püre üçün lazım olan soğanı soyub təmizləyərək bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyb mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə olunacaq duzu kasaya yığın.
✅ Qiyməyə qatacağınız istiotu bir kasaya yığın.
✅ Sarımsağın qabığınısoyub bir kasaya alın.
✅ Qiyməyə qatacağınız bibər tomatını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz pomidoru yuyub suyunun quruması üçün mətbəx dəsmalının
üzərinə alın.
✅ Qiyməli kartof püresinə qatacağınız kərə yağını bir kasaya alın.
✅ Kartof püresinə qatacağınız yumurta ağını kiçik kasaya yığın.

Kartof Püresinin Hazırlanması Qaydası
2

✅ Kartofları qabıqlarıyla bişirin.
✅ Qabıqlarını soyun və çəngəl və ya blender ilə yaxşı əzib püre halına salın.
✅ Duz, istiot və yumurtaları da əlavə edib yenidən əzərək qarışdırın.
✅ Tamamilə əzilmiş kartof püresini sıxma torbasına yığın.

Qiyməli İçliyin Hazırlanması Qaydası
3

✅ Kərə yağını tavada əridin.
✅ Doğradığınız soğan və sarımsağı yağa əlavə edərək qovurun.
✅ Soğanlar qızarmağa başlayanda qiyməni də əlavə edərək qovurmağa davam edin.
✅ Qovurduğunuz qiyməyə duz və istiotu vuraraq enidən qovurun.
✅ Qovurduğunuz qiyməyə rəndələdiyiniz pomidoru əlavə edin.
✅ Bibər tomatını da əlavə edərək içxərci qaynayana qədər bişirin.

Sobada Qiyməli Kartof Püresinin Bişirilməsi
4

sobada qiyməli kartof püresi

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ İstiyə davamlı bir şüşə qabın içərisinə qiyməni yerləşdirin.
✅ Qiymənin üzərinəhazır püreni yayın.
✅ İstəsəniz üzərinə holland pendiri də rəndələyə bilərsiniz.

Qiyməli Kartof Püresinin Servis Edilməsi
5

Tərəvəz və göyərti ilə servis tabağını bəzəyərək servis edə bilərsiz.
İstədiyiniz kompot və ya ayranla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!