Yazdırma Seçimləri:

Sobada Qiyməli Kartof

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Kartof və qiymənin birlikdə bişirilməsi ləzzətli olur və çox da sevilən bir yemək növüdür.
Sobada bişdiyi üçün isə ləzzəti daha da artır. Sunumu ilə də göz oxşayır.
Bu resept o qədər xoş görünüşə malikdir ki, yaxın qonaqlarınıza belə təqdim edə bilərsiniz.

qiyməli kartof

Qiyməli Kartof Üçün Lazım Olan Ərzaqlar
 4 ədəd kartof
 3 yemək qaşığı zeytun yağı
 1 yemək qaşığı kərə yağı
 500 q qiymə
 1 ədəd soğan
 1 diş sarımsaq
 4 ədəd uzunsov bibər
 2 ədəd pomidor
 1 yemək qaşığı pomidor tomatı
 1 çay qayığı duz
 ½ çay qayığı istiot
 1 çay qayığı cirə
 ½ çay qayığı pul bibər
Sobada Qiyməli Kartofun Üzəri Üçün
 250 q rəndələnmiş holland pendiri
Qiyməli Kartof Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Qiyməli kartof üçün lazım olacaq kartofu yuyub soyaraq su dolu kasaya yığın.
✅ Qyməli kartof üçün istifadə edəcəyiniz əti yuyub təmizləyərək aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz soğanı soyub kasaya yığın
✅ Lazım ola biləcək qədər sarımsağın qabığını soyub kasaya yığın.
✅ İstifadə etmək üçün lazlm olacaq pomidoru yuyub bir mətbəx dəsmalının üzərinə alın.
✅ Hazırlayacağınız yemək üçün lazım olan pomidor tomatını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz zeytun yağını bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz uzunsov bibəri yuyub mətvəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq holland pendirini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz pul bibəri, istiotu, cirəni ayrı-ayrı kasalara yığın.

Qiyməli Kartof Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Qiyməli kartof üçün istifadə edəcəyiniz kartofları halqavarı doğrayın.
✅ İstifadə edəcəyiniz əti maşından keçirdərək qiymə halına salın.
✅ İstifadə edəcəyiniz soğan və sarımsaqları yeməklik doğrayın.
✅ Uzunsov bibəri də kiçik-kiçik doğrayın.
✅ İstifadə edəcəyiniz pomidorları kubik şəklində doğrayın.

Qiyməli Kartofun Bişirilməsi
3

qiyməli kartof

✅ Doğradığınız kartofları soba sinisinə yayın və 2 yemək qaşığı zeytun yağıyla yağlayıb azca duzlayın.
✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Əvvəlcədən qızdırılmış sobada kartofları 15 dəqiqə bişirib kənara alın.
✅ Qalan zeytun yağını və kərə yağınıtavaya töküb ocağa alın.
✅ Qiyməni qovurmağa başlayın.
✅ Rəng alıb suyunu çəkincə sarımsaq və soğanı da əlavə edib qovurmağa davam edin.
✅ Tomatı, küp-küp doğranmış pomidoru, incə doğranmış uzunsov bibəri də əlavə edib qovurmağa başlayın.
✅ Pomidorlar suyunu salıb bibərlər yumşalana qədər ocaqda vam odda bişirin və bütün ədviyyatları da əlavə edib qarışdırın.
✅ Qapağını qapadıb 5-6 dəqiqə daha bu şəkildə bişirin.
✅ Sonra ocaqdan alın.
✅ Qiyməli kartofu sobada bişirmək üçün hazırladığınız şüşə qabı azca yağlayaraq kartofun yarısını ora düzün
✅ Hazırladığınız qiyməli xərci də tökərək bərabər şəkildə yayın.
✅ Qalan kartofları da qiyməli xərcin üzərinə düzün .
✅ Rəndələdiyiniz holland pendirini də kartofun üzərinə bərabər yayın.
✅ Əvvəlcədən 180 dərəcə qızdırdığınız fanlı sobada 10 dəqiqə, ardından izqara hissəsini açaraq 7-8 dəqiqə yenidən bişirin.
✅ Üstü qızarınca ocaqdan alın.
✅ Sobadan çıxartdıqdan sonra 10-15 dəqiqə dincə qoyun

Qiyməli Kartofun Servis Edilməsi
4

Sobadan çıxardıb dincə qoyduqdan sonra zövqünüzə yuğun bəzəyərək dilimləyib servis edin.
İstəsəniz bol köpüklü ayran və ya çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!