Yazdırma Seçimləri:

Sobada Qiyməli Pendirli Güvəc

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt55 dəq

Sobada qiyməli pendirli güvəc

Lazım Olan Ərzaqlar
 100 q holland pendiri
 150 q qiymə
 2 ədəd rəngli bibər
 2 ədəd pomidor
 1 yemək qaşığı pomidor tomatı
 duz
 istiot
 göyərti
Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz bibərləri yuyub tumunu təmizlədikdən sonra mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz pomidorları da yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz göyərtiləri ayırtlayıb yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq holland pendirini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz əti yuyub aşsüzənə yığın.
✅lazım olacaq qədər duzu və istiotu ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz tomatı bir kasaya yığın.

Ərzaqların Hazırlanması
2

✅İstifadə etmək üçün göyərtiləri kiçik-kiçik doğrayın.
✅Rəngli bibərləri də kiçik-kiçik doğrayın.
✅Pomidorları isə iki hissəyə ayıraraq aypara şəklində doğrayın.
✅Holland pendirini rəndələyin.
✅Yuduğunuz ətdən qiymə hazırlayın.

Qiyməli Güvəcin Bişirilməyə Hazırlanması
3

✅Tavanı bir az qızdırdıqdan sonra qiyməni tavaya alın.
✅Qiymə bir az bişdikdən sonra doğradığınız bibərləri də qiyməyə əlavə edib bir az bişirin.
✅Daha sonra duz və istiot əlavə edərək qarışdırın.
✅Daha sonra tomat pastasını qiyməyə əlavə edərək qarışdırın.
✅Göyərtini də əlavə edərək bir iki dəfə də qarışdıraraq hazır qiyməni güvəcə yığın.
✅Üzərini düzənləyərək doğranmış pomidoru qiymənin üzərinə düzün.

Bişirilmə Qaydası
4

✅Ən sonda isə üzərinə rəndələmi olduğunuz holland pendirini əlavə edərək sobaya verin.
✅Sobanı əvvəlcədən qızdırmaq lazımdır.
✅Pendir əridikdən sonra güvəci sobadan çıxardın.

Servis Edilmə Qaydası
5

isti halda servis edin.

Nuş Olsun!