Yazdırma Seçimləri:

Sobada sarımsaqlı, pendirli çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt25 dəq

Lazım olan ərzaqlar
 1 ədəd baton çörək
 100 q yağ
 100 q holland pendiri
 3 diş sarımsaq
 şüyüd
 cəfəri
Hazırlanma qaydası
1

Yumşaq yağı, sürtkəcdən keçirilmiş pendiri, əzilmiş sarımsaq və doğranılmış göyərtini qarışdırın.
Çörəyi dilimlərlə kəsin (tam kəsməyin) və pendirli qarışıqla cörəyin arasını doldurun.
Folqaya bükün.
200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
Folqanı yarıya qədər açıb daha 5 dəqiqə sobada saxlayın.

Nuş olsun!