Yazdırma Seçimləri:

Sobada Toyuq Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat

Fırında toyuq dolması

Lazım Olan Ərzaqlar
 5 ədəd toyuq döşü
 1 ədəd kartof
 1 ədəd kök
 3 yemək qaşığı noxud konservi
 3 ədəd göbələk
 1 stəkan rəndələnmiş holland pendiri
 kıərə yağı
 ədviyyatlar
Hazırlanma Qaydası
1

✅Kartofları soyun.
✅ Soyduğunuz kartofları küp-küp doğrayın.
✅ Göbələkləri də incə-incə doğrayın.
✅ Kərə yağını qazanda əridin.
✅ Yağı əıridərkən diqqətli olun, çünki kərə yağı tez yanır.
✅ Kərə yağının tez yanmaması üçün içərisinə bir damcı maye yağ axıdın.
✅ Doğradığınız kartof və kökü , noxudu, göbələyi kərə yağında qovurun.
✅ Qovurduqdan sonra istədiyiniz ədviyyatı və duzunu əlavə edin.
✅ Soba sinisini və yaxud da istiyə davamlı qabı yağlayın.
✅ Yağladıqdan sonra döyülmüş toyuq döşünü düzün.
✅ Hazırladığınız tərəvəzli qarışığı üzərinə yayın.
✅ Qarışımın üzərinə holland pendiri rəndələyin.
✅ Sonra qabın üzərini alminium folya ilə örtün.
✅ Sininin içinə yarım stəkan ilıq su əlavə edin.
✅ 30 dəqiqə sobada bişirin.
✅ Sobadan çıxartmazdan 5 dəqiqə əvvəl holland pendiri səpərək əriməsini gözləyin.
✅ Sonra isə plovla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!