Yazdırma Seçimləri:

Sodalı poğaça

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 10 dəq

sodalı poğaça

Lazım olan ərzaqlar
 1 paket yaş maya
 1 stəkan ilıq süd
 1 stəkan duru yağ
 1 ədəd qazlı su
 2 yemək qaşığı şəkər tozu
 1 çimdik duz
 aldığı qədər un
İçlik üçün
 Pendir, yaxud da nə arzu edərsiniz
Üzəri üçün
 1 ədəd yumurta sarısı
 çörək otu
Hazırlanma qaydası
1

İlıq südün içinə 2 yemək qaşığı şəkər əlavə edin.
Ardından yaş mayanı da əlavə edib südün içində əzin.
Duru yağ, mineral suyu(ilıq halda) və duzu da qatın.
Ala bildiyi qədər unu əlavə edib ələ yapışmayan bir xəmir yoğurun.
Qabın ağzını örtüb ilıq bir yerdə 15 dəqiqə dincə qoyun.
Xəmirdən qoz böyüklüyündə kündə ayırıb iç xərcini onun içinə qoyub dəzgahda yuvarlayın.
Yağlı kağız sərilmiş siniyə düzün.
Bütün xəmiri belə hazırlayıb siniyə düzün.
Sininin üzərini böyük bir torba ilə örtüb 50 dəqiqəyə yaxın mayalanması üçün gözləyin.
Belə mayalanan zaman daha yumşaq və ləzzətli olur.
Xəmir dincəldikdən sonra yumurta sarısını sürtüb küncütü üzərinə səpib bəzəyin.
180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin .

Nuş olsun!