Yazdırma Seçimləri:

Soğan bozbaş

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt55 dəq

Parça bozbaş

Lazım olan ərzaqlar
 163 q qoyun əti
 20 q quyruq
 150 q kartof
 20 q şabalıd
 14 q albuxara yaxud alça
 15 q keşniş
 100 q baş soğan
 0,10 q zəfəran
 duz
Hazırlanma qaydası
1

Parça bozbaş

Hər pay üçün 2-3 tikə qoyun ətini bişirin..
Kartofları soyun.
Soyulan kartofları yuyun və kubik şəklində doğrayın.
Şabalıdı əvvəlcədən bişirib qabıqlarını soyun.
Bunlar hazır olduqdan sonra bişirdiyiniz ətə qatın.
Hazır olmasına 10 dəqiqə qalmış yağda qızardılmış soğan, albuxara və ədviyyət qatıb bişirin.
Quyruq yağı əlavə edildikdə soğanı çiy əlavə edin.
Süfrəyə verilən zaman üstünə çərtilmiş keşniş səpin.
Yay zamanı qırmızı pomidor da əlavə eləmək olar.

Qeyd
2

Soğan-bozbaş çox zaman ətsiz hazırlanır.
Belə halda bulyona, yağda qızardılmış soğan, sonra isə soyulub doğranmış kartof, adi xörəklər kimi digər məhsullar qatılır.

Nuş olsun!