Yazdırma Seçimləri:

Soğan Halqası

Verimlilik1 Porsiya

Soğan halqası, bir fast food yeməyidir. Amerika, Kanada, İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zelandiya və s. bir çox ölkədə hazırlanır. Əsasən halğa formasında olan soğan dilimləri unlu qarışığa batırıldıqdan sonra yağda qızardılır.

Soğan halqası

➡️ Soğan Halqaları üçün Lazım Olan Ərzaqlar
 Un
 Nişasta
 Quru Soğan
 Mineral su
 Qırmızı toz bibər
 Duz
 Qabartma toçu
➡️ Qızartmaq üçün
 Duru yağ
➡️ Sos üçün
 Pomidor turşusu
 Cəfəri
➡️ SOĞAN HALQASI ÜÇÜN ƏRZAQLARIN YIĞILIB HAZIRLANMASI
1

🟢İstifadə edəcəyiniz soğanları soyub kasaya yığın.
🟢 Soğanları 1 santimetr qalınlığında dilimləyin və 2-3 qatdan bir içini çıxardaraq halqalar əldə edin.
🟢Lazım olacaq qədər duzu kasaya yığın.
🟢İstifadə edəcəyiniz qabartma tozunu, nişastanı , qırmızı pul bibəri ayrı-ayrı kasalara yığın.
🟢Soğan halqası hazırlamaq üçün istifadə edəcəyiniz unu bir qarışdırma qabına ələyib yığın.
🟢 İstifadə edəcəyiniz mineral suyu şüşənin qapağını açıb qoyun.

➡️ SOĞAN HALQASI HAZIRLANMA QAYDASI
2

Xəmir

🟢Soğan halqası hazırlamaq üçün bir az geniş və dərin bir qab götürürük.
🟢Quru ərzaqlar - un, nişasta, duz, qırmızı toz bibər, qabartma tozu bu qabda bir - birinə qarışdırılır.
🟢Toz qarışığa mineral su yavaş- yavaş əlavə edilir və qarışdırılır.
🟢Duru bir xəmir əldə edilir.

➡️ SOĞAN HALQASI BİŞİRİLMƏSİ
3

🟢Dərin bir tavada duru yağ yaxşıca isidilib dağ edilir.
🟢Halqavari formada doğranan soğanlar əvvəlcə duru xəmirə batırılır.
🟢Soğanın hər tərəfi xəmirə batırılmalıdır.
🟢Soğan halqaları isti yağda qızardılır.
🟢 Soğan halqaları artıq yağını buraxması üçün qısa bir sürə kağıtz dəsmal üzərində saxlayın.

➡️ POMİDOR SOS HAZIRLANMASI:
4

Soğan halqası

🟢 Pomidor turşusunun qabığı soyulur.
🟢 Pomidorlar kiçik – kiçik doğranıb yüngülvari əzilir.
🟢 Əvvəlcədən yuyulub suyu qurudulan cəfərilər kiçik – kiçik doğranır.
🟢 Cəfəri və pomidorlar qarışdırılır.
🟢 Sos hazırdır.

➡️ SOĞAN HALQASININ SERVİS EDİLMƏSİ
5

Xırt-xırt olan soğan halqalarını ketçap, mayonez ya da xardal yerinə özünüzün hazırladığınız soslarla da servis edə bilərsiniz.
Süfrəyə, pomidor sosu ilə birlikdə verin.
Soğan halqalarını isti-isti servis edin.

➡️ DİQQƏT
6

Arzuya görə ağ və ya qırmızı soğan istifadə edin .
Soğan halqalarını qızgın yağda hissə-hissə qızardın.
Eyni anda çoxlu soğan halqasını bir arada qızartmayın.
Qabıqlarını soyduğunuz quru soğanların acı dadının çıxması üçün 30 dəqiqəyə yaxın bol suda saxlayın.

🙏 Nuş olsun!