Yazdırma Seçimləri:

Soğanlı Kartoflu Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 10 dəq

Soğanlı kartoflu keks

Soğanlı Kartoflu Keks Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd orta boy kartof
 1 ədəd kök
 3 ədəd yumurta
 1 stəkan qatıq
 1 stəkan zeytun yağı
 duz
 1 paket qabartma tozu
 qırmızı pul bibər
 1 yemək qaşığı quru nanə
 ½ dəstə şüyüd
 2 stəkan un
Soğanlı Kartoflu Keksin Üzəri Üçün
 kətan toxumu
 küncüt
 çörəkotu
Soğanlı Kartoflu Keks Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz kartofları yuyub soyun və bol suda saxlayın.
✅İstifadə edəcəyiniz soğanı soyub kasaya yığın.
✅ Lazım olacaq kökü yuyub soyun.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz qatığı kasaya tökün.
✅ Zeytun yağını stəkana süzün.
✅ Duzu, qabartma tozu və ədviyyatları ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz şüyüdü təmizləyib yuyuaraq mətbəx dəsmalının üzərinə yığın suyu qurusun.
✅ İstifadə edəcəyiniz unu kasaya ələyin.
✅ İstifadə edəcəyiniz küncüd və çörəkotunu ayrı-ayrı kasalara tökün.

Soğanlı Kartoflu Keks Üçün Ərzaqların Hazırlanması
2

✅ Soyduğunuz kartofları nərdi zəri böyüklüyündə küp-küp doğrayın.
✅ Soğanı soyub yeməklik doğrayın.
✅ Hazırladığınız kökü rəndələyin.
✅ Kartoflarla kökü qarışdırıb bir kənarda gözlədin.
✅ Yumurtaları dərin bir qaba sındırın.
✅ Yumurtaların üzərinə qatıq və zeytun yağını əlavə edin.
✅ İstifadə edəıcəyiniz şüyüdü incə -incə doğrayın.

Soğanlı Kartoflu Keksin Xəmirinin Hazırlanma Qaydası
3

Soğanlı kartoflu keks

✅ Hazırladığınız bütün ərzaqları bir qarışdırma qabına yığıb qarışdırın.
✅ Duz, qabartma tozu , ədviyyatları və incə doğradığınız şüyüdü əlavə edib qarışdırın.
✅ Unu və soğanlı qarışığı yumurtalı qarışığa əlavə edərək yaxşıca qarışdırın.
✅ Keks üçün xəmirimiz hazırdır.

Soğanlı Kartoflu Keksin Bişirilmə Qaydası
4

Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Dördkünc (35x20 sm ) bir soba qabını zeytun yağıyla yağlayın.
✅ Hazırladığınız duzlu xəmiri qəlibə tökün və üzərini düzənləyin.
✅ Üzərinə kətan toxumu, küncüt və çörəkotu qarışığı səpin.
✅ Keksi 180 dərəcə qızdırılmış sobada ən az 40-45 dəqiqə üzəri qızarıncaya qədər bişirin.

Soğanlı Kartoflu Keksin Servis Edilməsi
5

İlıq hala gəlincə dilimləyərək servis edin.
abah qəhvəaltında çayla birlikdə də süfrəyə verə bilərsiniz.

Nuş Olsun!