Yazdırma Seçimləri:

Soğanlı xiyar turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt30 dəq

soganlı xiyar tursusu

Lazım olan ərzaqlar
 2 kq turşuluq xiyar
 2 ədəd soğan
 1 şüyüd
 iri duz
 sirkə
Hazırlanma qaydası
1

Xiyarları təmiz yuyun.
Bankaların dibinə halğa kəsilmiş soğanları yerləşdirin.
Üzərinə iki dənə şüyüd qoyun.
Xiyarları yaxşı yerləşdirin və üzərinə bir şirniyyat qaşığı iri duzu, yarım çay stəkanı sirkə, istəsəniz bir azca iri istiot və üzərinə aldığı qədər su dolduraraq bankanın qapağını bağlayın .
Bankaları böyük bir qazana yerləşdirin. Üzərlərini keçəcək qədər su qoyun və 5 dəqiqə qaynadın.
Sonra sudan çıxardın.
Bankaları tərs çevrirərək soyumaya qoyun.
2 kq xiyar 6 bankanı doldurur.

Nuş olsun!