Yazdırma Seçimləri:

Şokolad Şəlaləsi Tortu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Şokolad şəlaləsi

Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 4 yemək qaşığı şəkər tozu
 100 q kərə yağı
 120 q bitter şokolad
 2 yemək qaşığı un
Hazırlanma Qaydası
1

✅ Kərə yağı və şokoladı bir qabın içərisinə alıb benmari üsulü əridin(benmari üsulu qaynar su içində qabda şokoladı əritmək).
✅ Ayrı bir qabın içərisinə yumurta və toz şəkər qoyub , şəkər tamamən əriyənə qədər çırpın.
✅ Üzərinə benmari üsulu ilə əritdiyiniz şokolad qarışığını əlavə edib qarışdırın.
✅ Daha sonra un əlavə edib yumurtaları taxta qaşıqla yavaş- yavaş aşağıdan yuxarıya doğru qarışdırın.
✅ Soba sinisini yağlayın və sonra unlayın.
✅ Hazırlanan qarışımı yağladığınız qəlibə tökün.
✅ Əvvəlcədən sobanı 170 dərəcə qızdırın.
✅ Qəlibi sobaya verin və üzəri qabıq bağlayana qədər bişirin(kekslərə toxunduqda üstü qabıqlı amma yumşaq olmalı).
✅ Keksi qəlibdən çıxara bilmək üçün kənarlarını bıçaqla kəsin və servis tabağına tərs çevirin.
✅ Şokolad şəlaləsi tərcihə görə qaymaq və ya dondurma ilə servis edilə bilər.

Nuş Olsun!