💧 İstifadə edəcəyiniz südü kasaya süzün.
💧 Lazım olacaq şəkər tozunu bir kasaya yığın.
💧 İstifadə edəcəyiniz duru yğı bir kasaya süzün.
💧 İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
💧 İstifadə edəcəyiniz kəsmiyi kasaya yığın.
💧 Lazım olacaq qaymağı bir kasaya yığın.
💧 İstifadə edəcəyiniz vanilini, fındıq ləpəsini ayrıca kasalara yığın.
💧 Lazım olacaq südlü şokoladı kasaya yığın.

💧 İstifadə edəcəyiniz unu bir kasaya ələyin.
💧 İstifadə edəcəyiniz yumurtaları bir kasaya sındırın.
💧 İstifadə edəcəyiniz fındıq ləpəsini qovurub təmizləyin.
💧 Blinçikləri hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla yaxşıca çırpın.
💧 Üzərinə süd, bitki yağını əlavə edib qarışdırın.
💧 Unu da az-az əlavə edərək eynikütləli xəmir olanadək qarışdırın.
💧 Xəmirdən bir uzun dəstəkli qaşıqla götürüb yapışmayan blinçik tavasında bişirin.
💧 Eyni qaydayla xəmir qurtaranadək blinçikləri bişirib soyudun.
💧 Kremi hazırlamaq üçün bir qabda şəkər tozu, vanil və qaymağı miskerlə çırpın.
💧 Daha sonra kəsmiyi əlavə edib yaxşıca çırpın.
💧 Hazır kremi 2 hissəyə bölün.
💧 Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridib ayırdığınız kremin bir hissəsinə əlavə edib qarışdırın.
💧 Tort boşqabına bişirib soyutduğunuz blinçikin birini qoyub sadə kəsmikli krem yaxın.
💧 Üstünə yenə blinçik yerləşdirib şokoladlı krem yaxın.
💧 Bu qayda ilə blinçiklər və krem qurtaranadək üst-üstə düzün.
💧 Üzəri üçün bir qabda parçalara böldüyünüz südlü şokoladı və qaymağı su hamamında qarışdıraraq əridin.
💧 Əriyən şokoladı blinçik tortun üstünə töküb hamarlayın ki, şokolad tortun kənarlarından axsın.
💧 Üstünə qovrulmuş fındıq səpin (fındıqların üstündən şokolad gəzdirə bilərsiniz).
💧 Blinçik tortunu 1 saatlıq soyuducuya yerləşdirin.
Ərzaqlar
Təlimatlar