👍 Hamınızın sevə- sevə yeyəcəyi donut resepti.
Donut xüsusi ilə Amerikada çox istifadə olunur. Şəkər və yağla olduqca zəngindir. Kalori dəyəri yüksəkdir. Amerikada əsasən səhər yeməyində çox yeyilir. Donutun əsasən iki forması var: simit donut və dairə şəkilli donut.
Donut, həm sadə, həm də şokolad, mürəbbə, krem kimi məhsullarla üzəri qaplanır və ya içinə qoyulur.
✅ Donut hazırlamaq üçün əvvəlcə südü ilıqlaşana qədər isidin.
✅ Südün üzərinə maya və şəkər töküb həll olana kimi qarışdırın.
✅ Südün üzərini bir qabla örtüb 5 dəqiqə gözlədin.
✅ 5 dəqiqə gözlətdikdən sonra südə duru yağ, duz, su, yumurta əlavə edin və qarışdırın.
✅ Unu yavaş – yavaş töküb xəmir yoğurun.
✅ Xəmir ələ yapışmayana kimi yoğurun.
✅ Hazırlanan xəmirdən qoz böyüklüyündə parçalar qopardıb yumrulayıb bir qaba aralıqlarla düzün.
✅ Üzərini təmiz bir parça ilə örtüb isti yerdə mayalanması üçün gözləyin.
✅ Yarım saat mayalandıqdan sonra, ortalarını yumru bir şeylə kəsin.
✅ Hazırladığınız xəmirlərin isti yağda hər tərəflərini yayxşıca qızardın.
✅ İçərisindən çıxartdığınız xəmir parçalarını da qızardın.
✅ Qızartığınız xəmirləri bir qaba qoyun.
✅ Şokoladı benmari üsulu əridin.
✅ Donutları şokolada batırıb istəyə görə üzərini bəzəyin.