Yazdırma Seçimləri:

Şokoladlı keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt1 saat 15 dəq

şokaladlı keks

Lazım olan ərzaqlar
 1 paket şokolad
 1 yemək qaşığı marqarin
 3 ədəd yumurta
 1,50 stəkan toz şəkər
 1 paket vanil
 1 paket qabartma tozu
 1 stəkan duru yağ
 1 stəkan qatıq
 1 çay qayığı darçın
 3 stəkan un
Hazırlanma qaydası
1

Geniş bir qabın içində yumurtalarla şəkəri mikserlə yaxşıca çırpın.
Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını qarışdırın.
Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın və un ilə olan qarışığı üzərinə əlavə edin.
Artıq tam qarışıq əldə edəndən sonra keks qabını sobada bir az qızdırın.
İsti keks qabını yaxşıca yağlayıb, içinə qarışımı əlavə edin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Keksin üstü artıq qızarıbsa diş çöpü ilə yoxlayın.
Əgər çöp üzərində xəmir qalmırsa deməli ,keksiniz hazırdır.
Keks hazır olanadək şokoladı hazırlayın.
Onun hazırlanma qaydası paketinin üzərində yazılır.
Keksi sobadan çıxardandan sonra üstünə şokoladı əlavə edin və soyumasını gözləyin.
Soyuduqdan sonra dilimləyərək servis edin.

Nuş olsun!