Yazdırma Seçimləri:

Şokoladlı qurabiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Lazım olan ərzaqlar
 250 q otaq trmperaturunda kərə yağı
 1 stəkan duru yağ
 2 ədəd yumurta sarısı
 7 yemək qaşığı şəkər tozu
 1 paket qabartma tozu
 1 paket vanilin
 1 yemək qaşığı limon suyu
 3 stəkan un
İçi üçün
 krem şokolad
Üzəri üçün
 2 ədəd yumurtanın ağı
 150 q çəkilmiş fındıq ləpəsi
Hazırlanma qaydası
1

Bütün ərzaqları qatıb yumşaq xəmir yoğurun.
Qozdan böyük kündələr qopardıb ovuc içində açın və çay qaşığı ilə içinə krem şokolad qoyun.
Xəmirin ağzını bağlayın.
Əvvəlcə yumurta ağına sonra isə fındıq əzməsinə batırın.
170 dərəcədə üstü qızarana qədər bişirin.
Bu qurabiyəni krem şokolatsız da hazırlamaq olar.

Diqqət
2

Xəmirin unu çox olarsa içini qoyduqdan sonra rahat birləşməz.
Ona görə də unu az-az qoymaq lazımdır.