Yazdırma Seçimləri:

Şokoladlı Tort Üçün Krem

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt40 dəq

Şokoladlı tort üçün krem

Lazım Olan Ərzaqlar
 3 stəkan süd
 1 yemək qaşığı nişasta
 5 yemək qaşığı un
 5 yemək qaşığı şəkər
 50 q kərə yağı
 80 q bitter şokoladı
 100 q labne pendiri
Hazırlanma Qaydası
1

✅ Şokoladı, kərə yağı və labne pendirini qatmamaq şərti ilə qalan bütün ərzaqları qarışdırıb bişirin.
✅ Bişirdiyiniz ərzaqları ocaqdan düşürtdükdən sonra digər ərzaqları da əlavə edib 2 dəqiqəyə yaxın möhkəm qarışdırın.
✅ Çox qatı olarsa azca süd əlavə edərək qatılığını azalda bilərsiniz.
✅ Məhsul hazır olduqdan sonra soyumağa qoyun.
✅ Üzərinin qaymaq tutmaması üçün ara- sıra qarışdırın.
✅ Tamamən soyuyandan sonra kremimiz artıq hazırdır.