
Şor qoğal hazırlamaq üçün lazım olan ərzaqlar:
- 1 kq un,
- 2 yumurta,
- 1\2 çay qaşığı sarıkök,
- 1 çay qaşığı dolu duz,
- 2 stəkan süd,
- 1 çay qaşığı quru maya,
- İçlik üçün:
- 2 stəkan un,
- 1 çay qaşığı duz,
- 10-11 xörək qaşığı ərimiş kərə yağ ,
- 1\4 çay qaşığı istiot,
- 2 çay qaşığı cirə,
- 2 çay qaşığı razyana,
- 1\3 çay qaşığı sarıkök,
Yağlamaq üçün
- 400-450 q kərə yağı,
Üzü üçün:
- 1 yumurta,
- Xaş-xaş
Şor qoğal hazırlanması:
- Şor qoğal xəmirini hazırlamaq üçün stəkana maya töküb ilıq süddə qarışdırın. Südlə maya 5-10 dəqiqə qalıb köpüklənir.
- Südü ilıq qızdırın.
- İçərisinə sarıkök qatın.
- Bir qaba un ələyin.
- Unun ortasını açın.
- Yumurtanı sındırın, duzu səpin, maya və sarıköklü südü də əlavə edin.
- Şor qoğal xəmirini qarışdırıb həll olana qədər yoğurun.
- Şor qoğal xəmir yumşaq olur.
- Xəmirin üzərinə selefon çəkib dəsmal qoyub üstünü örtürük ki acısın.
- İndi də şor qoğal içini hazırlayaq.
- Unu tavaya töküb ocağın üzərində qızılı rəng alana qədər qovurun.
- Un qovrulub qızılı rən aldıqdan sonra başqa qaba tökün. Un soyuyandan sonra duz, istiot, sarıkök, razyana, cirə töküb qarışdırın.
- Sonra bu unlu, ədviyyatlı qarışığa yağı əlavə edib qarışdırın.
- Artıq şorq qoğalın içi hazırdır.
Şor qoğal xəmirinin hazırlanlası:
- Xəmiri hazırlayın.
- Xəmir hazır olduqdan sonra acımması üçün gözləmək lazımdır. Şor qoğal xəmiri təqribən 2 saata acıyır.
- Yuxaları yağlamaq üçün yağı əridin.
- Üzərinə çəkmək üçün yumurtaları bir qabda sındırın.
- Acıyan xəmir artıq kündələnməyə hazır haldadır.
- Xəmirdən 15-16 kündə düzəldin.
- Hazırladığımız kündə də 5 dəqiqə qalıb özünə gəlməlidir.
- 5 dəqiqə gözləyən kündələri nazik yuxa yayın halına gətirin
- Yaydığınız yuxaları əllə bir az dartıb böyüdün.
- Bütün yuxalar yayıldıqdan sonra kəsib hazırlayın.
- Kəsikləri rulon kimi bükün.
- Ortasını açıb içərisinə iç qoyub ağzını bükün.
- Azca əlimizlə yayıb qurumasın deyə üzərini nəm bezlə örtün.
- Hazır şor qoğal əlimizlə bir az yastılayıb üzərinə xaş-xaş, qara çörəkotu və yumurta sarısı çəkirik.
- 220 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Şor qoğal novruz xonçasında səməninin, şəkərburanın, şəkərçörəyinin, paxlavanın yanında mütləq olur.
https://1001dad.com/banan-pecenyesi/
https://1001dad.com/s%C9%99k%C9%99rbura/
https://1001dad.com/qarabag-k%C9%99t%C9%99si/
https://1001dad.com/korjik/
Leave a Reply