Yazdırma Seçimləri:

Şor qoğal

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 30 dəq

Şor qoğal

Lazım Olan Ərzaqlar
 1 kq un
 2 ədəd yumurta
 ½ çay qayığı sarıkök
 1 çay qayığı duz
 2 stəkan süd
 1 çay qayığı quru maya
İçlik Üçün
 2 stəkan un
 1 çay qayığı duz
 11 yemək qaşığı ərimiş kərə yağ
 ¼ çay qayığı istiot
 2 çay qayığı cirə
 2 çay qayığı razyana
  çay qayığı sarıkök
Yağlamaq Üçün
 450 q kərə yağı
Üzəri Üçün
 1 ədəd yumurta
 xaş-xaş
Şor Qoğalı Üçün Ərzaqların Yığılması
1

✅Lazım olan südü stəkana süzün
✅Sarıkökü kasaya yığın.
✅Unu bir qarışdırma qabına alın.
✅Yumurtaları yuyub mətbəx dəsmalının üzərinə alın.
✅Duz, maya,cirə,istiot, zazyananı ayrıca kasalara yığın.

Şor Qoğalı Üçün Ərzaqların Hazırlanması
2

✅Südü ilıq qızdırın.
✅İçərisinə sarıkök qatın.
✅Bir qaba un ələyin.
✅Unun ortasını açın.
✅Südlə maya 5-10 dəqiqə qalıb köpüklənir.
✅Yumurtaları bir kasaya sındırın.
✅Yuxaları yağlamaq üçün yağı əridin.

Şor Qoğalı Xəmirinin Hazırlanması
3

✅Şor qoğal xəmirini hazırlamaq üçün stəkana maya töküb ilıq süddə qarışdırın.
✅Yumurtanı sındırın, duzu səpin, maya və sarıköklü südü də əlavə edin.
✅Şor qoğal xəmirini qarışdırıb həll olana qədər yoğurun.
✅Şor qoğal xəmiri yumşaq olur.
✅Xəmirin üzərinə strec film çəkib dəsmal qoyaraq üstünü örtürük ki, acısın.
✅Xəmiri hazırlayın.
✅Xəmir hazır olduqdan sonra acıması üçün gözləmək lazımdır.
✅Şor qoğal xəmiri təqribən 2 saata acıyır.
✅Acıyan xəmir artıq kündələnməyə hazır haldadır.
✅Xəmirdən 15-16 kündə düzəldin.
✅Hazırladığınz kündə də 5 dəqiqə qalıb özünə gəlməlidir.

Şor Qoğalı Üçün İçliyin Hazırlanması
4

✅Unu tavaya töküb ocağın üzərində qızılı rəng alana qədər qovurun.
✅Un qovrulub qızılı rəng aldıqdan sonra başqa qaba tökün.
✅Un soyuyandan sonra duz, istiot, sarıkök, razyana, cirə töküb qarışdırın.
✅Sonra bu unlu, ədviyyatlı qarışığa yağı əlavə edib qarışdırın.
✅Artıq şor qoğalın içi hazırdır.

Şor Qoğalının Hazırlanması
5

✅5 dəqiqə gözləyən kündələri nazik yuxa halına gətirin
✅Yaydığınız yuxaları əllə bir az dartıb böyüdün.
✅Bütün yuxalar yayıldıqdan sonra kəsib hazırlayın.
✅Kəsikləri rulon kimi bükün.
✅Ortasını açıb içərisinə iç qoyub ağzını bükün.
✅Azca əlimizlə yayıb qurumasın deyə üzərini nəm bezlə örtün.
✅Üzərinə çəkmək üçün yumurtaları bir qabda sındırın.
✅Hazır şor qoğalı əlimizlə bir az yastılayıb üzərinə xaş-xaş, qara çörəkotu və yumurta sarısı çəkin.

Şor Qoğalının Bişirilməsi
6

✅ Sobanı əvvəlcədən 220 dərəcəyə yaxın qızdırın.
✅220 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.

Nuş Olsun!