Düyü ilə noxud şorbası.
Düyü ilə noxud şorbası
Düyü ilə noxud şorbasıüçün lazım olan ərzaqlar:
Hər payına:
- 163 q qoyun əti,
- 25 q düyü,
- 20 q ərimmiş yağ,
- 20 q noxud,
- 20 q təzə alça yaxud da 10 q alça qurusu,
- 20 q baş soğan,
- 15 q keşniş və şüyüd,
- 1 q nanə qurusu,
- duz,
- istiot.
Düyülü noxud şorbasının hazırlanma qaydası:
- Əti yuyub doğrayın..
- Suyu süzüldükdən sonra hər pay üçün 2-3 tikə qoyun əti götürün və üzərinə soyuq su tökərək ən azı bir saat bişirin.
- Qabaqcadan noxudu yuyub isladın.
- Düyünü arıtlayaraq yuyub suyunu süzün.
- İslanaraq yarımhazır hala gətirilmiş noxudu və düyünü qaynar bulyona əlavə edin.
- Soğanı soyub yuyun və suyunu mətbəx dəsmalı ilə qurutduqdan sonra bişirməklik doğrayın.
- Tavada yağı qızdırın və içərisinə doğradığınız soğanı əlavə edərək qovurun.
- Qızartdığınız soğanı, bişirdiyiniz əti və duzu da bulyona əlavə edib qaynadın.
- Əgər quru alça istifadə edəcəksinizsə əvvəlcədən yuyub suda saxlayın.
- Xörəyin hazır olmasına 15 dəqiqə qalmış alçanı əlavə edin.
- Keşniş və şüyüdü təmizləyib yuyun.
- Bir qabda su qoyun və içərisinə bir xörək qaşığı sirkə əlavə edib keşniş və şüyüdü içərisinə atın .
- Sonra sirkəli sudan çıxardıb yuyun və mətbəx dəsmalının içərisinə qoyun ki suyunu çəksin və sonra doğrayın.
- Xörəyi süfrəyə verən zaman üstünə keşniş və şüyüd sərpin.
- Xörəyi isti-isti servis edin.
Nuş olsun!
Leave a Reply