- 3 yumurta,
- 1 su stəkanı şəkər,
- 1,5 su stəkanı un,
- Yarım çay stəkanı su,
- Yarım çay stəkanı duru yağ,
- 1 qabardma tozu.
- 1vanilin,
Üzəri üçün:
- Çiyələkli kerm şanti,
- Çiyələk sosu.
Hazırlanması:
- Dərin bir qabda yumurta və şəkəri qatıb mikserlə çırparaq qar halına gətirin.
- Daha sonra duru yağ və suyu əlavə edib çırpmaya davam edin.
- Un, qabartma tozu və vanilini də əlavə edərək şparula ilə eyni istiqamətdə qarışdırıb unu yaxşıca yumurtalar ilə qarışdırın.
- Daha sonra dondurma stəkanlarını su stəkanlarının içərisinə qoyun.
- Içərilərini yarıya qədər xəmir qoyub dondurma stəkanlarını su stəkanları ilə birlikdə fırın tabağına düzün. əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
- Keksləri fırından çıxardıb soyumağa qoyun.
- Bu arada isə krem şantini hazırlayın.
- Krem şantiyə 1 stəkan süd qatıb möhkəm çırpın və soyuducuda bir az saxlayın.
- Daha sonra şantini soyuducudan çıxardın.
- Şirniyyat qaşığını suya batırıb çıxardın və şantidən qaşıqla alıb kekslərin üzərinə dondurma şəkli verib çiyələkli sosla bəzəyin.
Leave a Reply