Yazdırma Seçimləri:

Steyk (steak)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəq

Lazım olan ərzaqlar
 Dananın sümüksüz əti və ya antrikod
 duz
 istiot
 duru yağ
Hazırlanma qaydası
1

Steyk bişirilmədən əvvəl ət otaq temperaturuna gəlməsi üçün təqribən 10 dəqiqə gözlədilir.
Otaq temperaturuna gələn ət, 400 dərəcəyə isidilmiş izqarada bişirilir.
Steak hazırlamaq üçün dana əti təqribən 3 sm. qalınlıqda kəsilir.
Steyk bişiriləcək teflan tava isidilir.
Steykin sulu bişməsi və ətin ləzzətini mühafizə etməsi üçün tavanın mütləq möhkəm isitdilməsi vacibdir.
Möhkəm isidilmiş tavada steykin hər iki üzü bişirilir.
Steykə duz və istiot vurulur.

Steyk bişmə dərəcəsinə görə təqribən 5 dəqiqə bişirilir
2

Stekyk bişdikdən sonra bir qaba alınır və steyk biraz dincəldildikdən sonra süfrəyə verilir.
Steykin bişmə dərəcəsinə görə adları:
Rare: Az bişmiş stake (steyk)
Medium rare: Az orta bişmiş stake (steyk)
Medium: Orta bişmiş stake (steyk)
Medium well: Orta yaxşı bişmiş stake (steyk)
Well done: Yaxşı bişmiş stake (steyk)

Nuş olsun!