Yazdırma Seçimləri:

Sucuqlu yumurta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt10 dəq

Lazım olan ərzaqlar
 ¼ ədəd sucuq
 2 ədəd yumurta
 su
Hazırlanma qaydası
1

Sucuqları halqa şəklində doğrayıb tavaya səliqə ilə düzün.
Sonra sucuqların üzərini örtəcək qədər su qoyun və ocağı yandırın.
Sucuqlar burada suyu özünə çəkib yumşaldığı müddətdə siz yumurtaların ağı ilə sarısını bir - birindən ayırın.
Suyu çəkilən sucuqların əvvəlcə bir tərəfini, sonra isə o biri tərəfini yüngülcə qızardın.
Yumurtaların əvvəlcədən ayırdığınız ağını sucuqların üzərinə əlavə edin və tavanın qapağını örtün.
Sucuğun üzərindəki yumurtanın ağı bişmək üzrəykən əvvəlcədən ayırdığınız yumurtaların sarısını da buraya əlavə edin.
Yumurtanın sarısı da çox qısa müddət bişdikdən sonra sucuqlu yumurta hazırdır.
Yeməyinizi süfrəyə vermək olar.

Nuş olsun!