Yazdırma Seçimləri:

Sucuqlu Yumurtalı Pidə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 5 dəq

sucuqlu-yumurtali-pidə

Sucuqlu Yumurtalı Pidə Üçün Lazım Olan Ərzaqlar
 1,50 stəkan su
 1,50 stəkan süd və ya ayran
 1 yemək qaşığı quru maya
 1 çay qayığı şəkər tozu
 duz
 2 yemək qaşığı zeytun yağı
 5 stəkan un
Üzəri Üçün
 sosis
 holland pendiri
 yumurta
Sucuqlu Yumurtalı Pidənin Hazırlanma Qaydası
1

✅ Xəmir üçün olan ərzaqlardan istifadə edərək yumşaq bir xəmir hazırlayın.
✅ Üzərini örtüb mayalanmaya buraxın.
✅ Mayalanan xəmirdən iri portağal böyüklüyündə parçalar ayırın.
✅ 1 sm qalınlığında böyük boy tort qabı böyüklüyündə kündələri açın .
✅ Kənar qisimlərə holland pendiri dilimləri yerləşdirib, xəmirin kənarlarını içə doğru qatlayın.
✅ Ortada qalan boşluğa holland pendiri rəndəsi döşəyin.
✅ Kənarlara sosiska dilimləri düzün.
✅ Tam ortaya da bir ədəd yumurta qırın.
✅ Kənar hissələrə yumurta sarısı sürtün.
✅ Əvvəldən 220 dərəcəyə qədər isidilmiş sobada üzəri qızarana qədər bişirin.
✅ Soyutmadan servis edin.

Qeyd!
2

✅ Pidə qalın olmadığı üçün tez bişir və içi xəmir qalmır. Siz sobanıza görə istiliyi təyin edə bilərsiniz.

Nuş Olsun!