Yazdırma Seçimləri:

Südlü Badam Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Südlü badam şorbası Osmanlı mətbəxinə məxsus bir yemək növüdür.
Ana vətəni Orta Asiya olan badam Azəri və Türk mətbəxində də özünəməxsus yer tutmuşdur.
Şorba olaraq Osmanlı tarixi mənbələrində 16-cı yüz illər göstərilir.

Südlü badam şorbası

Lazım Olan Ərzaqlar
 2,50 stəkan süd
 150 q badam
 1,50 stəkan un
 4 yemək qaşığı kərə yağı
 1 ədəd hindistan cəvizi
 4 stəkan sümük suyu
 duz
 ½ dəstə cəfəri
Servis Üçün
 nar dənələri istəyə görə
Südlü Badam Şorbası Üçün Ərzaqların Yığılması
1

✅ Badamların qabıqlarının asanlıqla soyulması üçün isti suda 5 dəqiqə qaynadın.
✅ İstifadə edəcəyiniz badamı təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅ Lazım olacaq unu kasaya yığın.
✅ İstifadə edəcəyiniz südü stəkana süzün.
✅ Lazım olacaq qədər sümük suyunu stəkana yığın.
✅Ostifadə edəcəyiniz Hindistan cəvizini kasaya yığın.
✅Lazım olacaq cəfərini yuyub təmizləyərək mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olan duzu kasaya yığın.

Südlü Badam Şorbası Üçün Ərzaqların Hazırlanması
2

✅ Qabıqları soyulan badamları incə-incə doğrayın.
✅Unu azca qovurun
✅Hind qozunu da rəndələyin.
✅ Bir başqa qabda bir şorba qaşığı kərə yağı əridin.
Cəfərini incə doğrayın.

Şorbanın Hazırlanması
3

✅Ocağı isidin.
✅ Şorba bişirəcəyiniz qazanda kərə yağını əridin.
✅ Un əlavə edib iyi çıxana qədər qovurun.
✅ İncə çəkilmiş badamları da əlavə edərək 2-3 dəqiqə daha qovurma işlərinə davam edin.

Südlü Badamlı Şorbanın Bişirilməsi
4

✅ Bu qarışıma süd və sümük suyu əlavə edərək ərzaqları topaclanmaması üçün qarışdırın.
✅ Vam odda qaynayıb qatılaşan şorbanı ocaqdan düşürməzdən əvvəl Hind qozunu da əlavə edin.
✅ Yarım çömçə sümük suyunu da bu qarışıma əlavə edin.
✅ Pokurdamağa başlayanda bu qarışığa incə doğranmış cəfəri əlavə edin.
✅ Cəfərinin əlavə edilməsindən sonra bu sosu şorbanın üzərində gəzdirin.

Südlü Badamlı Şorbanın Servis Edilməsi
5

✅ Arzuya görə üzərini bəzəyərək servis edə bilərsiniz.

Nuş Olsun!