Yazdırma Seçimləri:

Südlü Badam Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Südlü badam şorbası

Lazım Olan Ərzaqlar
 2,50 stəkan süd
 150 q badam
 1,50 stəkan un
 4 yemək qaşığı kərə yağı
 1 ədəd hindistan cəvizi
 4 stəkan sümük suyu
 duz
 ½ dəstə cəfəri
Servis Üçün
 nar dənələri istəyə görə
Hazırlanma Qaydası
1

✅ Badamların qabıqlarının asanlıqla soyulması üçün isti suda 5 dəqiqə qaynadın.
✅ Qabıqları soyulan badamları incə-incə doğrayın.
✅ Şorba bişirəcəyiniz qazanda kərə yağını əridin.
✅ Un əlavə edib iyi çıxana qədər qovurun.
✅ İncə çəkilmiş badamları da əlavə edərək 2-3 dəqiqə daha qovurma işlərinə davam edin.
✅ Bu qarışıma süd və sümük suyu əlavə edərək ərzaqları topaclanmaması üçün qarışdırın.
✅ Vam odda qaynayıb qatılaşan şorbanı ocaqdan düşürməzdən əvvəl Hindistan cəvizini də rəndələyərək əlavə edin.
✅ Bir başqa qabda bir şorba qaşığı kərə yağı əridin.
✅ Yarım çömçə sümük suyunu da bu qarışıma əlavə edin.
✅ Pokurdamağa başlayanda bu qarışığa incə doğranmış cəfəri doğrayın.
✅ Cəfərinin əlavə edilməsindən sonra bu sosu şorbanın üzərində gəzdirin.
✅ Arzuya görə üzərini bəzəyərək servis edə bilərsiniz.

Nuş Olsun!