Yazdırma Seçimləri:

Südlü irmik şirniyyatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

Südlü irmik (mannı) şirniyyatı

Lazım olan ərzaqlar
 4 stəkan süd
 1 stəkan mannı
 1 stəkan şəkər
 1 yemək qaşığı kərə yağı
 1 paket vanilin
Bəzəmək üçün
 döyülmüş fındıq
 1 çimdik duz
Hazırlanma qaydası
1

Südlü irmik (mannı) şirniyyatı

4 stəkan ilıq südə mannını tökün.
Qarışdıraraq bişirin.
Şəkərini tökün.
Kərə yağını, duzu və vanilini də əlavə edib qarışdırın.
Qaynayana qədər qarışdırın.
Qaynadıqdan sonra göz-göz olubsa bişmiş hesab olunur.
Kasalara töküb döyülmüş fıstıqla bəzəyin.
Soyuduqdan sonra soyuducuya qoyun.
Soyuq halda servis edin.

Nuş olsun!