Yazdırma Seçimləri:

Südlü Kartof Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Südlü kartof şorbası

Lazım Olan Ərzaqlar
 3 ədəd iri kartof
 1 ədəd quru soğan
 1 yemək qaşığı un
 2 stəkan su
 ½ stəkan süd
 ½ stəkan duru yağ
 duz
Hazırlanma Qaydası
1

✅ Südlü kartof şorbası hazırlamaq üçün əvvəlcə bişirəcəyiniz kartofları yuyub suyunu silin.
✅ Kartofları soyun və onları küp-küp doğrayın.
✅ Soğanları soyub kiçik- kiçik doğrayın.
✅ Qazana yarım stəkan maye yağ töküb doğradığınız soğanları da əlavə edib bir az qovurun.
✅ Qovrulan soğanların üzərinə 1 şorba qaşığı un əlavə edib azca qovurun.
✅ Daha sonra kartofları əlavə edib qarışdırın və üzərinə su, süd , duz əlavə edərək kartoflar yumşalana qədər bişirin.
✅ Kartoflar yumşalandan sonra blenderdən keçirdin.
✅ Əgər çox qatıdırsa bir az su əlavə edib qatılığını ayarlayın və bir az qaynadıb ocaqdan düşürdün.
✅ Arzuya görə şorbanın üzərinə istiot səpə bilərsiniz.
✅ Hazırlanan südlü kartof şorbasını isti olaraq servis edin.
✅ Bu ləzzətli şorbanı xüsusi ilə kiçik uşaqlar üçün hazırlaya bilərsiniz.

Nuş Olsun!