Yazdırma Seçimləri:

Südlü Sini Börəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 10 dəq

Südlü sini börəyi

Lazım Olan Ərzaqlar
 67 ədəd təzə yuxa
 1 stəkan qatıq
 2 stəkan süd
 3 ədəd yumurta sarısı
 500 q yağlı pendir
 1,50 stəkan duru yağ
 arzuya görə doğranmış cəfəri
 duz
 1 çimdik soda
Hazırlanma Qaydası
1

✅ Börəyi sobada bişirəcəksinizsə soba sinisini yağlayın.
✅ Əgər börəyi ocaq üzərində hazırlayacaqsınızsa azca yağsız bir tavadan istifadə edə bilərsiniz.
✅ Tavanın dibini yenə də bir miqdar duru yağ ilə yağlayın.
✅ Süd, 2 yumurtanın sarısı, duru yağın 1 çay stəkanı qədər olan hissəsini , bir az duz,soda bir yerdə dərin bir qabda çırpın.
✅ Bir başqa qabda pendir və doğranmış cəfərini qarışdırın.
✅ İlk qat yuxanı bişirmə qabınızın kənarına çıxacaq şəkildə yerləşdirin.
✅ Qat arasına hazırladığınız qarışıqdan və bir səpmə süpürgəsi ilə südlü qarışımdan səpin.
✅ Diğər yuxaları da eyni qaydada hazırlayın.
✅Ancaq qatlar qabın kənarına çıxmamalıdır .
✅ Yuxalar böyükdürsə bir az büzün yuxaları.
✅ Qat aralarına südlü qarışımı vurmaq yerinə yuxaları 2-3 hissələrə ayıraraq südə batırıb da qoya bilərsiniz.
✅ Hər qat arasına pendirli ərzağı və südlü sosdan səpin.
✅ Son qatı döşədikdən sonra bişirmə qabınızın ətrafından çıxan yuxanı son qatın üzərinə örtün.
✅ Əlinizlə azca basdırın ki, qatlar yapışqan halda ola bilsinlər.
✅ Bir kənarda qalan bir yumurtanı, qatığı və yarım çay stəkanı duru yağı çırpıb, börəyinizin üzərinə yayın.
✅ Əgər börəyinizi ocaqda hazırlayacaqsınızsa üst hissəsinə sos vurmayın.
✅ Çünki tərs düz edəcəksiniz.
✅ Börəyinizi sobada bişirirsinizsə altı üstü nar kimi bişənə qədər orta temperaturda bişirin.
✅Üzərinə su səpələyib dincəldin.
✅ Soyuduqdan sonra dilimləyib servis edin.

Nuş Olsun!