Yazdırma Seçimləri:

Südsüz Blincik

Verimlilik3 PorsiyonHazırlanma Müddəti5 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt20 dəq

Həyəcanla mətbəxə girib ləzzətli bir səhər yeməyi hazırlamaq niyyətindəsiniz.
Səhər yeməyinin ən sadə , ağız dadına uyğun ərzaqlara müraciət edən ləzzətli blinciki də bu səhər yeməyinin baş roluna qoydunuz.
Yumurta, un olsa bəs edər.
Ancaq blincikin ən vacib ərzaqı olan süd əskikdir.
Heç narahat olmayın.''Südsüz blincik olmaz'' deyə düşünməyin.
Çünkü südsüz də blincik olur, həm də ləzzətli olur!
Süd yerinə yenə mayelərdən istifadə edərək eyni dada malik blinciklər hazırlaya bilərsiniz. İstərsiniz içərisinə pendir, kərə yağı kimi ərzaqlar qoyub nuş edin, meyvə, bal, şokolad kimi ərzaqlarla da qəhvəaltınızı ləzzətli edə bilərsiniz.

südsüz blincik

Südsüz Blincik Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 3 stəkan su
 1 stəkan duru yağ
 1 çay qayığı duz
 1 stəkan un
Südsüz Blincik Üçün Ərzaqların Yığılması Qaydası
1

südsüz blincik

✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Blincik üçün lazım olacaq suyu bir stəkana süzün.
✅ Lazım ola biləcək qədər duru yağı bir stəkana süzün.
✅ Lazım olacaq qədər unu bir kasaya yığın.
✅ Blincik üçün istifadə edəcəyiniz duzu kiçik bir kasaya yığın.

Südsüz Blincik Xəmirinin Hazırlanma Qaydası
2

blincik südlü

✅ Bir qabın içərisinə yumurtaları qırıb yaxşıca çırpın.
✅ Üzərinə su və duru yağı əlavə edərək yaxşıca qarışdırmağa davam edin.
✅ Un və duzu ələyərək bu mayelərin üzərinə əlavə edib çırpın.
✅ Unu ələməkdə məqsəd odur ki, blinciklər yaxşı- yaxşı köbərsinlər.
✅ Qabın üzərini strec filmlə örtərək soyuducuda 10 dəqiqyə qədər saxlayın.
✅ Xəmir duru xama kimi olmalıdır.

Südsüz Blincikin Bişirilmə Qaydası
3

✅ Çuqun tavanı qızdırın, və içərisini azca duru yağla yağlayın.
✅ Çömçənin köməkliyi ilə hazır xəmirdən tavaya tökün.
✅ Daha sonra tavanın ölçüsünə görə blinçikləri bişirməyə başlayın.
✅ Blinçikin hər iki tərəfini arzuladığınız qədər qızarda bilərsiniz.

Südsüz Blincikin Servis Edilmə Qaydası
4

✅ İri bir qabda istədiyiniz formada qatlayaraq servis edə bilərsiniz.
✅ Qəhvəaltı süfrələrində çox sevilərək yeyilən bir yeməkdir.
✅ Əgər blinçikin içərisinə nəsə qoyub bükmək istəmirsinizsə, onu süfrəyə mürəbbə, qaymaq, qatılaşdırılmış südlə də təqdim edə bilərsiniz.

DİQQƏT!
5

✅ Qatılığında problem olarsa 1/2 stəkan un daha əlavə edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0