Yazdırma Seçimləri:

Süfrələrin Kraliçası Trileçə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 10 dəq

Süfrələrin kraliçası trəliçə

Lazım Olan Ərzaqlar
 5 yemək qaşığı mannı
 5 ədəd yumurta
 1 stəkan duru yağ
 10 yemək qaşığı şəkər tozu
 1 paket qabartma tozu
 1 paket vanil
Şərbəti Üçün
 5 stəkan soyuq süd
 400 ml krema
 2 yemək qaşığı süd tozu
 5 yemək qaşığı şəkər tozu
Karameli Üçün
 1 yemək qaşığı marqarin
 5 yemək qaşığı şəkər tozu
 1 paket krema
Hazırlanma Qaydası
1

✅ Yumurta və şəkəri qarışdırma qabına alaraq rəngi dəyişənə qədər çırpın.
✅ Yağı yavaşca əlavə edərək yenidən çırpmaya davam edin.
✅ Daha sonra un, mannı, qabartma tozu, vanilini də əlavə edib qarışdırın.
✅ Qarışdırdığınız ərzaqlara digər ərzaqları da əlavə edib qarışdırın.
✅ Hazırladığınız xərci soba listinə tökün.
✅ Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.
✅ Şərbət üçün olan bütün ərzaqları bir kasaya alın.
✅ Süd köpüklənənə qədər çırpın və soyuducuya qoyun.
✅ Karameli hazırlamaq üçün şəkəri teflon tavaya qoyub karamel halına gələnə qədər bişirin.
✅ Marqarin və kremi də əlavə edib qarışdırın.
✅ Keks ilıq halda olan zaman dilimləyərək kürdan yardımı ilə dəliklər açın.
✅ Soyuq şərbəti keksin üzərinə tökün.
✅ Keks şərbəti tamamən çəkdikdən sonra üzərinə karamel tökərək servis edin.

Nuş Olsun!