Lazım olanlar
Hər pay üçün:
- 112 q qoyun əti,
- 15 q yağ,
- 35 q baş soğan,
- 200 q kartof,
- 95 q pomidor yaxud 15 q tomat püre,
- 0,05 q zəfəran,
- duz,
- istiot.
Hazırlanması
Qoyun cəmdəyinin bud əti sümükdən ayrılır, baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə duz, istiot vurulur, 20-25 qram çəkidə küftəciklər hazırlanır. Sümükdən bulyon bişirilir. Bulyona kub şəklində doğranmış kartof əlavə edilib bişirilir. Sonra küftə, yağda qızardılmış soğan, pomidor yaxud tavada qızardılmış tomat-püre qatılıb bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış xörəyə zəfəran şirəsi və ədviyyat vurulur.
Leave a Reply