Yazdırma Seçimləri:

Süzmə plov

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 30 dəq

Süzmə plov Azərbaycan mətbəxində özünəməxsus yeri olan ləzzətli və çox sevilən bir plov növüdür.

süzmə plov gözəl görünür

Süzmə plov üçün lazım olan ərzaqlar
 100 q düyü
 100 q xurma
 100 q üzüm
 40 q kərə yağı
 20 q duru yağ
 2 ədəd kartof
Süzmə plovun hazırlanma qaydası
1

süzmə plov

Bir qazanda suyu qaynamağa qoyun.
Sonra düyünü ayırtlayın. Ayırtlamış olduğunuz düyünü bir neçə dəfə yaxşıca yuyun.
Düyünün suyunu süzün və qazandakı suyun qaynamasını gözləyin.
Su qaynadıqdan sonra içərisinə yetərincə duz əlavə edin.
Bundan sonra qaynayan suya yuduğunuz düyünü əlavə edin.
Düyü bişənə qədər qaynadın.
Düyü bişəndən sonra onu süzün.
Düyü bişənə qədər kartofları təmiz-təmiz yuyun və qabıqlarını soyun.
Halqa halqa doğrayın. Dərin bir qazanda azacıq yağ qoyub qızdırın.
Dilimləmiş olduğunuz kartofları yağda tərs düz qızardın.
Sonra süzdüyünüz düyünü kartofun üzərinə əlavə edin.
Bütün bunlardan sonra düyünün bir tərəfinə xurma , digər tərəfinə isə yuyub süzdüyünüz üzümü tökün.
Ayrı bir tavada isə kərə yağını və duru yağı qatıb qızdırın.
Düyünün, xurmanın və üzümün üzərinə gəzdirin.

Plovun dəmə qoyulması
2

süzmə plov gözəl görünür

Vam odun üzərində qazanın ağzına dəsmal qoyaraq plovu dəmə qoyun.
Vam odda plov 45 dəqiqəyə yaxın dəm alsın.
Aradabir qapağı qaldıraraq yığılan suyu kənara atın.
İsti halda süfrəyə verin.

Nuş olsun!