Yazan1001 dadKateqoriyaÇətinlikÇətin
Təbriz küftəsi
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti15 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat
Lazım olan ərzaqlar
Hazırlanma qaydası
1

Təbriz tüftəsi hazırlayarkən əvvəlcə ləpəni bol suda bişirib yumşaldın.
Sonra bişmiş ləpənin suyunu süzün.
Təbriz küftəsi hazırlamaq üçün əvvəlcə əti soğanın bir hissəsi ilə birlikdə ətçəkən maşından keçirdib qarışdırın. Bundan sonra düyünü sarıköklə qarışdırın.
Tam bişmədən, biraz yumşaldıqdan sonra ocaqdan götürün.
Suyunu süzüb qiyməni əlavə edin.
Bundan sonra kartofu da bişirin.
Bişmiş kartofu yaxşıca əzib qiyməyə qatın.
Bişmiş ləpəni də əzib onu da qiyməyə qatın.

Qeyd!
2

Ləpəni istəyə görə qiymə ilə birlikdə ətçəkən maşından da keçirtmək mümkündür.
Bu zaman ləpə qiyməyə daha yaxşı qarışır.
Üç ədəd yumurtanı da qiyməyə əlavə edərək qarışdırın.
Yumurtalı qiyməyə duz, istiot əlavə edib qarışığı yaxşıca qarışdırın.
Sonra qiyməli qarışığa kiçik - kiçik doğranmış qöyərtini də əlavə edin.
Təbriz küftəsi hazırlanarkən əvvəlcədən qurudulmuş göyərti də istifadə etmək mümkündür.
Ancaq qurudulmuş göyərti istifadə edilirsə, onları yumşalması üçün əvvəlcədən suda isladın və bu suyu süzün.
İki ədəd yumurta suda bərk bişirilir.
Bu yumurtaların qabıqları soyulur və bunlar 4 hissəyə bölünür.
Qalan soğanı halqa şəklində doğrayın.
Böyuk bir qazana bir az yağ əlavə edin və bu doğranmış soğanları bu yağda qızardın.
Soğan halqaları bişib qızılı rəng alana qədər bişirin.
Bu bişmiş soğanların 2/3 hissəsini ayırın.
Qalan soğanın içərisinə doğranıb qabığı təmizlənmiş 450 qram doğranmış pomidor töküb bişirməyə davam edin.
Pomidor bişərkən, qiyməni 4 - 5 hissəyə bölün.
Yumru hala gətirib küftə hazırlayın.
Adətən Təbriz küftəsi iri olmalıdır.
Əllırinizdə qiyməyi girdələyib içini açıb dərinləşdirin.
Küftələrin içərisində hazırladığınız oyuğa qızardılmış soğanı, bərk bişmiş yumurtanı, quru alçanı əlavə edin və qiyməni küftə halına gətirin.
Hazır küftələri qazana düzün.
Qalan qiyməni də eyni qaydada küftə hazırlayın.
Küftənin içərisinə yumurta yerinə quru meyvə və qoz da qoymaq mümkündür.
Bunun üçün adətən armud qurusu (armud qaxı), quru albalı qoymaq məqsədəuyğundur.
Soğana pomidor bişib qızarılan kimi, üzərinə qazana qaynar su əlavə edin.
İstəyə görə qazana bir az turş təzə alça, kiçik - kiçik doğranmış yaşıl bibər də əlavə etmək mümkündür.
Su qaynamağa başladıqdan sonra küftələri qaynayan su olan qazana əlavə edin.
Qazanın qapağını örtün.
Biraz qaynadıqdan sonra suyun içərisindəki küftə və bişmiş tərəvəzlər suyun üzünə çıxacaq.
Bundan sonra da təbriz küftəsi təqribən 45 dəqiqə vam odda bişməlidir.

Süfrəyə verilmə qaydası
3

Küftə və bulyon süfrəyə ayrılıqda verilir.
Xörəyin bulyonu şorba kimi, küftələr isə ikinci xörək kimi yeyilir.

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar