Yazdırma Seçimləri:

Tək başına qəhvəaltı: Tomatlı, zeytunlu çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Tək başına qəhvəaltı: Tomatlı zeytunlu çörək

Lazım olan ərzaqlar
 3 stəkan ilıq süd
 ½ stəkan əridilmiş kərə yağı
 ½ stəkan duru yağ
 11 stəkan un
 2 ədəd yumurta
 1 paket yumurta
 1 yemək qaşığı toz şəkər
 1 çay qayığı duz
İçi üçün
 30 ədəd tumu çıxarılmış zeytun.
 3 yemək qaşığı tomat
Açmaq üçün
 ½ stəkan duru yağ
 1 ədəd yumurta sarısı
Üzəri üçün
 1 ədəd yumurta sarısı
Hazırlanma qaydası
1

Ilıq südü bir yoğurma qabına alın və yaş mayanı tamamən əriyənə qədər südün içində qarışdırın.
Ardından kərə yağını , duru yağı və yumurtanı əlavə edin.
Duz və şəkəri də əlavə edib yaxşıca qarışdırdıqdan sonra yavaş-yavaş unu əlavə edib yoğurun.
Qulaq məməsi bərkliyində ələ yapışmayan bir xəmir əldə edin.
Hazırladığınız xəmiri ağzı qapalı qabda isti bir yerdə 30 dəqiqəyə yaxın mayalanmasını gözləyin.
• Xəmir mayalandıqdan sonra duru yağı ovcunuza tökün və əllərinizlə basdıraraq xəmiri fırın kağızı sərilmiş bir fırın sinisinə yayın.
Xəmiri bütün sini boyunda yayın.
Əllərinizlə yayaraq açdığınız xəmirin içərisinə tomatı sürtün və üzərinə çəyirdəkləri çıxardılmış zeytunları yayın.
Xəmirin bir ucundan başlayaraq qatlayıb rulon halına gətirin.
Bu şəkildə daha 15 dəqiqə saxlayın.
Bundan sonra üstünə yumurta sarısını yaxın və əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üstü qızarana qədər 20 dəqiqə bişirin.
İsti və ya soyuq halda servis edə bilərsiniz.

Diqqət
2

Xəmiri yoğurduqdan sonra mayalanması üçün isti bir yerdə saxlamağı unutmayın.
Əldə ettiyiniz çörək olduqca böyük bir çörək olacaqdır.
İstəsəniz ərzaqları azaldaraq daha kiçik ölçüdə çörək əldə edə bilərsiniz

Nuş olsun!