- 1 kq təzə ərik (bərk olanlardan),
- 700 gram toz şəkər,
- 2 su stəkanı su,
- Yarım çay qaşığı limon duzu,
Hazırlanışı:
- Ərikləri yuyub süzdükdən sonra çəkirdəklrini çıxardın və ikiyə bölün.
- Ərikləri qazana yığın.
- Üzərinə şəkəri əlavə edib bir neçə saat bu şəkildə saxlayın.
- Daha sonra suyunu əlavə edin.
- Yüksək atəşdə bir neçə dəqiqə qaynadın.
- Atəşi azaldıb üzərinə toplanan köpükləri təmizləyərək 15 dəqiqəyə yaxın bişirin.
- Ocaqdan almaya bir neçə dəqiqə qalanda limon duzunu əlavə edin.
- Otaq temperaturunda soyumaya qoyun.
Leave a Reply