taze faswlyeLazım olanlar:

  • Yarım kq lobya,
  • 1 quru soğan,
  • 1 qaşıq tomat,
  • Duz,
  • Istiot,
  • Duru yağ,

Hazırlanması:

  • Lobyanı yeməklik doğrayın.
  • Qazana qoyun.
  • Üzərini örtəcək qədər su əlavə edin.
  • Qaynamağa qoyun.
  • Çəngəllə lobyanın bişib bişmədiyini yoxlayın.
  • Ocaqdan düşürtməzdən 5 dəqiqə əvvəl duz əlavə edin.
  • Daha sonra ocaqdan düşürdüb süzün.
  • Ayrı bir qazanda duru yağı qızdırın.
  • Soğanı qazana qoyub 2-3 dəqiqə qovurun.
  • Tomat və istiotu qoyub lobyaları da qazana alın.
  • 2-3 dəqiqə qovurub ocaqdan alıb servis edin.