Yazdırma Seçimləri:

Təndir çörəyi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat

Təndir çörəyi

Lazım olan ərzaqlar
 7 q quru maya (varsa acıtmada istifadə etmək olar)
 0,50 stəkan ilıq su
 1 çay qayığı duz
 3 stəkan ağ un
 1 ədəd yumurtanın sarısı
 1 çay qayığı küncüt və ya qara çörək otu
Hazırlanma qaydası
1

Quru mayanı ilıq suda açın.
İri bir ləyənə unu ələyin.
Un təmiz olsa da, mütləq ələnməlidir.
Çünki bu zaman un havalanır.
Sonra ələnən una duz əlavə edin və duzla unu qarışdırın.
Daha sonra unu təpəcik kimi yığıb, ortasını açın.
Buraya mayalı suyu əlavə edin.
Sonra əlinizlə qarışdırın.
Sonra bu xəmiri təqribən 8 və ya 10 dəqiqə yoğurun.
Xəmir hazır olduqdan sonra, elastiki olmalıdır və üzəri də hamar olmalıdır.
Təndir çörəyi xəmiri çox bərk olmamalıdır.
Xəmir hazır olduqdan sonra xəmirin üzərini təmiz dəsmalla örtün və isti bir yerdə gözlədin.
Bu zaman xəmir dincəlib mayalanacaq.
Bu, təribən 1,5-2 saat müddətində baş verir.
Bundan sonra xəmir kündə halına gətirilir.
Kündələr də biraz dincəlib "Kündə düşdüktən" sonra, çörək formasında açılır.
Açılmış xəmirin üzərinə yumurtanın sarısı çəkilir.
Yumurta sarısı yoxdursa, təmiz su da çəkmək olar.
Bundan sonra istəyə görə çörəkotu və ya küncüt də vurmaq olar.
Çörək əvvəlcədən isidilib dibində köz düşmüş təndirin yan divarlarına yapılır.

Nuş olsun!