Yazdırma Seçimləri:

Tərəvəz salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Lazım olan ərzaqlar
 2 dəstə kahı
 10 ədəd reyhan yarpağı
 6 ədəd nanə yarpağı
 100 q pendir
 1 ədəd pomidor
 1 dəstə göy soğan
 1 ədəd xiyar
 6 ədəd cəfəri
 1 ədəd yaşıl bibər
 istəyə görə bişmiş qarğıdalı
 duz
Sos üçün
 3 yemək qaşığı zeytun yağ
 1 yemək qaşığı narşərab
 1 yemək qaşığı limon suyu
 sumaq
 nanə
Hazırlanma qaydası
1

• Tərəvəz salatı hazırlamaq üçün salatlıq məhsulları yuyun və suyunun quruması üçün süzgəcə qoyun.
• Xiyarları zoğ şəklində soyun, pomidorlarla birlikdə doğrayın
• Soğanları və bibəri incə-incə doğrayın.
• Suyu süzülən kahını və digər göyərtiləri biraz iri formada doğrayın.
• Bütün məhsulları salat qabına alın və qarışdırın.
• Pendiri kub şəklində doğrayın və salatınızı bəzəyin
• Zeytunyağı, narşərab, limon suyu, sumaq və nanəni birkiçik kasada qarışdırın.
Sos ilə birlikdə servis edin.

Nuş olsun!