Yazdırma Seçimləri:

Tava börəyi

Verimlilik3 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Lazım olan ərzaqlar
 2 ədəd yuxa
İçlik üçün
 100 q pendir
 ¼ ədəd sucuq
Sos üçün lazım olan ərzaqlar
 2 ədəd yumurta
 2 stəkan maye yağ
 1 stəkan qatıq
 1 stəkan süd
 duz
 su
Hazırlanma qaydası
1

Sos üçün lazım olan ərzaqların hamısı qarışdırılır və çırpılaraq sos hazırlanır.
Bundan sonra pendir əzilir.
Sucuqlar incə - incə doğranılır.
Bunlar edildikdən sonra əzilən pendir və doğranılmış sucuq bir - birinə qarışdırılır.
Bir tava götürülür və içərisi yağlanılır.
Yuxalardan bir dənəsi tavanın içərisinə sərilir.
Yuxanın kənarları tavadan kənara çıxır.
Qalan ikinci yuxanın yarısı kəsilib ayrılır, tavanın içərisinə qoyulur.
Bundan sonra əvvəlcədən hazırlanan sosun bir hissəsi tavanın içərisindəki yuxaların üzərinə əlavə edilir.
Yuxaların sosu canına çəkməsi üçün biraz gözlədilir.
Bundan sonra içlik üçün hazırladığımız pendir və sucuq qarışığı soslu yuxanın içərisinə bərabər şəkildə yayılır.
Qalan yuxa parçası ilə içliyin üzəri örtülür.
Qalan sosun bir hissəsi də buraya əlavə edilir.
Tavanın kənarlarından çıxan yuxa parçaları ilə bunlar yaxşıca sarılır.
Bundan sonra qalan sosun hamısı da börəyin üzərinə sürtülür.
Tavanın qapağı örtülür.
Tava vam odda ocağın üzərinə qoyulur.
Burada tava börəyi vam odda bişməyə başlanır.
Aradabir altının qızarıb - qızarmadığını kontrol etmək lazımdır.
Tava börəyi alt hissəsi qızardıqdan sonra bir tabaq vasitəsi ilə tərs çevrilir.
Tava börəyi digər üzü də bu vəziyyətdə bişib qızarır.
Bundan sonra tava börəyini süfrəyə vermək olar.

Qeyd!
2

Tava börəyi hazırlayarkən hazır yuxa istifadə etmək olar.
Bu börəyin hazırlanmasısını həm asanlaşdırar, həm də sürətləndirər.
Asanlıqla hazırlayacağınız tava börəyi, süfrələrinizi bəzəməklə, qonaqlarınızın və uşaqların da xoşuna gələcək.
Börəyin bir çox üsulla hazırlanmasına baxmayaraq, bu börək növü xusisi ilə asan hazırlanması ilə diqqət çəkir.

Qida Dəyərləri

Porsiya 3