Yazdırma Seçimləri:

Tavada Çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 30 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt2 saat 5 dəq

👍Tavada çörək. Dadlı, ləzzətli ev çörəyi. Bu çörəyin dadı, ətri insanı valeh edir. Heç nə evdə bişən çörəyin dadını verməz. Ev çörəyinin ətri adamı məst edir. Bu çörək sobada yox ocaqda bişir.

tavada çörək

Tavada Çörək Üçün Lazım Olan Ərzaqlar
 1 paket yaş maya
 ala bildiyi qədər duz
 1 yemək qaşığı şəkər tozu
 3 kq un
 ala bildiyi qədər su
 3 yemək qaşığı duru yağ
👉Tavada Çörək Bişirmək Üçün Ərzaqların Hazırlanması
1

✅ Tavada çörək bişirmək üçün əvvəlcə unu çəkib xəmir yoğuracağınız ləyənə ələyin.
✅ Ayrı bir kasaya isə quru maya, duz, şəkər tozunu qoyun.
✅ Xəmiri yoğurmaq üçün lazım olan suyu qızdırın.
✅ Su çox isti olmasın.
✅ Bir stəkanda duru yağı qoyun.

👉Xəmirinin Yoğrulması
2

✅ Əvvəlcə xəmir yoğurma qabına maya, duz, şəkər tozu və suyu da əlavə edib qarışdırın.
✅ Bir az gözləyin maya özünə gəlsin.
✅ Maya hazır olduqdan sonra ələdiyiniz unu yoğurma qabına alıb xəmiri yoğurun.
✅ Çalışın xəmir üçün istifadə etdiyiniz su nə çox soyuq. nə çox isti olsun.
✅ Hər iki halda xəmir mayalanmaz.
✅ Çörəyin xəmiri çox bərk olmamalıdır.
✅ Xəmir hazır olduqda ələ yapışmayacaqdır.
✅ Sona yaxın isə xəmirə azca duru yağ da əlavə edib yoğurun.
✅ Yağı ona görə qatırıq ki, xəmir həm məsaməli, həm yumşaq olsun.

👉Xəmirinin Mayalanması
3

✅ Xəmiriniz hazır olduqdan sonra xəmirin üzərini bir nəmli bezlə örtüb isti bir yerdə mayalanmağa qoyun.
✅ Nəmli bezlə üzərini örtəndə xəmirin üzəri qaysaq bağlamır.
✅ Xəmiriniz 1.5-2.00 saata mayalanacaqdır.
✅ Ləyəndə xəmirin səviyyəsi artıbdırsa deməli xəmiriniz mayalanmışdır.
✅ Mayalanan xəmiri ikinci dəfə yoğurub yenidən mayalanmağa qoyun.
✅ İkinci dəfə yoğrulan xəmirin çörəyi çox yumşaq və ləzzətli olur.
✅ Çörəyin içərisi göz-göz olur.
✅ Xəmir bişərkən yaxşı qabarır.

👉Xəmirinin Kündələnməsi
4

✅ Mayalanmış xəmiri kündələmək üçün dəzgaha alın.
✅ Xəmirdən kündələr kəsib yumrulayın.
✅ Çörək bişirəcəyiniz tavanı çox az qızdırın.
✅ Kündələri bişirəcəyiniz tavaya qoyun.
✅ Kündələrin üzərini örtərək kündənin düşməsini gözləyin.
✅ Xəmirin kündəsi dincə qoyulmasa açmaq bir az çətin olur.
✅ Sanki xəmir bir az bərkimiş olur.
✅ Kündəsi düşən xəmiri tavada yastılayıb bir az qabarmasını gözləyin.

👉Tavada Çörək Xəmirinin Bişirmə Qaydası
5

tavada çörək

✅ Ocağı vam odda yandırın.
✅ Kündəsi düşən xəmiri tavanın içi böyüklükdə açın.
✅ Tavanıocağa alıb qapağını qapadın.
✅ Alt hissəsi bişdikdən sonra çevirin və üzərinə bir pambıq dəsmal qoyun.
✅ Çörək bişən zaman suyu qapağın üzərinə yığılıb çörəyin üzərinə damcılayır.
✅ Çörək islanıb xarab ola bilər.
✅ Çörəyin hər iki üzü də bişdikdən sonra ocaqdan götürün .
✅ Hər iki üzü qızaran çörəyi ocaqdan alıb soyumasını gözləyin.
✅ İsti -isti doğrayanda xəmir olur.

👉Servis Edilməsi
6

✅ Bişirmiş olduğunuz çörəyi arzuya görə servis edə bilərsiniz.
✅ Pendir və pürrəngi çayla həhər yeməklərində servis edə bilərsiniz.
✅ Çörək süfrələrimizin yaddan çıxmayan bir ərzağıdır.Hər bir öyündə müxtəlif yeməklərin yanında çörəyin yeri vardır.

Nuş Olsun!