Yazdırma Seçimləri:

Tavada Fransız Tostu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

Fransız Tostu Üçün Lazım Olan Ərzaqlar
 tost çörəyi
 yumurta
 cəfəri
 duz (istəyə görə)
Qızartmaq Üçün
 duru yağ
Tavada Fransız Tostu Ərzaqların Yığılması
1

✅ Tost üçün lazım ola biləcək çörəyi bir qaba yığın.
✅ Lazım olacaq yumurtaları yuyub bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu kiçik kasaya yığın.
✅ Tost üçün lazım olacaq cəfərini təmizləyib yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım ola biləcək qədər holland pendirini də kasaya yığın.
✅ İstifadə edəcəyiniz duru yağı da bir stəkana süzün.

Tostun Ərzaqlarının Hazırlanması
2

Tavada fransız üsulu tost hazırlamaq üçün:
✅ Dörtbucaq formalı tost çörəyi diaqonallarından üçbucaq formada kəsin.
✅ Holland pendiri tost çörəyinin ölçüsünə uyğun formada və ölçüdə dilimləyin.
✅ Yumurtaları dərin bir qabda çırpın.
✅ Qabın ölçüsü, tost çörəyi dilimlərinin ölçüsünə uyğun olmalıdır.
✅ Cəfərini kiçik - kiçik doğrayın.
✅ Kiçik - kiçik doğranmış cəfərini yumurtaya əlavə edin.
✅ İstəyə görə yumurtaya duz vurun.
✅Holland pendiri və tost çörəyinin tərkibində duz olduğu üçün yumurtaya duz vurmamaq da olar.
✅ Cəfəri ilə yumurtaları birlikdə yaxşıca çırpın.

Tostunun Hazırlanma Qaydası
3

✅ Dilimlənmiş tost çörəyinin üzərinə holland pendiri dilim qoyun.
Bol pendirli sevirsinizsə, iki dilim holland pendiri də istifadə edə bilərsiniz.
✅ Holland pendirinin üzərini ikinci bir tost çörəyi dilimi ilə örtün.
✅ Tavaya çox az duru yağ əlavə edilir.
✅ Yağ yaxşıca isinməlidir.
✅ Arasına pendir qoyulan çörək dilimlərinin hər tərəfi yumurtaya batırılır.
İsti tavada tostun hər iki üzü qızardılır.

Tostun Bişirilmə Qaydası
4

✅ Ocağı yandırın.
✅ Tostu bişirəcəyiniz tavanı ocağın üzərinə qoyun.
✅ Tavaya azca duru yağ əlavə edin.
✅ Tavadakı yağı yaxşıca isidin.
✅ Tostun əvvəl bir üzünü sonra isə digər üzünü qızdırın.

Nuş Olsun!