Yazdırma Seçimləri:

Tavada Naringili (Mandarin) Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Mövsümün ən gözəl meyvələrindən biri də naringindir.
Naringin ilə dadından doymayacağınız pratik bir tava keksi hazırladıq.
Sobada bişirmədən hazırlaya biləcəyiniz çox ləzzətli bir keks tərifi olmasına səbəb isə tavada və ocaqda bişməsidir.
Bir yeyən yenidən yemək istəyəcək bir keksdir bu keks.
Çox şəhanə bir keksdir.
Qısa zaman ərzində keks hazırlamaq istəyənlər üçün olan bir resepti sizlərə təqdim edirik.

Tavada Naringili (Mandarin) Keks Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 1 stəkan şəkər tozu
 ¼ stəkan duru yağ
 ½ stəkan əridilmiş kərə yağı
 ¾ stəkan süd
 1 stəkan fındıq əzməsi
 1,50 stəkan un
 1 paket vanilin
 1 paket qabartma tozu
Naringili (Mandarin)Keksin Altı Üçün
 2 yemək qaşığı kərə yağı
 4 yemək qaşığı şəkər tozu
 6 ədəd mandarin
Tavada Bişirəcəyiniz Naringili (Mandarin) Keks Üçün Ərzaqlarının Yığılması
1

✅İstifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.
✅Lazım olacaq qədər şəkər tozunu bir kasaya alın.
✅Keks üçün lazım olacaq naringinlərii soyub bir kasaya yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub bir mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz qabartma tozunu bir kasaya alın.
✅Lazım ola biləcək qədər duru yağı bir stəkana süzün.
✅İstifadə ediləcək südü bir stəkana süzün.
✅Keks üçün lazım olacaq fındıq əzməsini, unu və vanilini ayrıca kasalara yığın.

Naringili (Mandarin) Keksin Xəmirinin Hazırlanması
2

✅Ocağı yandırın.
✅Yanmaz yapışmaz tavanı ocağın üzərinə alın.
✅Yanmaz yapışmaz tavanın altına dörd yemək qaşığı şəkər tozu qoyun və qəhvəyi rəng alana qədər gözləyin.
✅ Naringiləri ortadan ikiyə bölün.
✅Şəkər tozunun yanmasının qarşısını almaq üçün iki yemək qaşığı ərimiş kərə yağı əlavə edin və üzərinə yarıya bölünmüş naringinləri düzün.
✅Yumurta və şəkəri çırparaq köpürdün və sırası ilə kərə yağı, duru yağ və süd əlavə edin.
✅Hazırlanan qarışığa quru ərzaqları əlavə edin.
✅Unu ələyərək yavaş -yavaş əlavə edin.
✅Un, toz fındıq, qabartma tozu və vanilini spatula yardımı ilə tamamən qarışığa qarışdırın.

Naringili (Mandarin) Keksin Bişirilməsi
3

✅Keks qarışığını naringilərin üzərinə əlavə edin və qapağı qapalı şəkildə vam odda 25 dəqiqə bişirin.
✅Qapağı qapadarkən bişənə qədər qapağı açmayın.
✅Qapaq yapışmasın deyə azca qapağı yağlayın.
✅Keksinizin altını qapatmadan öncə bişib bişmədiyini kürdan ya da bıçaq yardımı ilə yoxlayın.
✅Altını qapadıb bir sürə dincəldin.
✅Dinlənmiş keksi böyük bir tabağa tərs çevirin.
✅İstəsəniz nar və nanə yarpaqları ilə süsləyərək servis edə bilərsiniz.

Naringili (Mandarin) Keksin Servis Edilməsi
4

✅İstəsəniz nar və nanə yarpaqları ilə süsləyərək servis edə bilərsiniz.
✅Keksi pürrəngi çayla və yaxud da kompotla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!