Yazdırma Seçimləri:

Tərəvəz Salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

tərəvəz salatı

Tərəvəz Salatı Üçün Lazım Olan Ərzaqlar
 56 ədəd bdımcan
 4 ədəd pomidor
 45 ədəd ətli qırmızı bibər
 34 ədəd yaşıl uzunsov bibər
 1 dəstə cəfəri
 34 diş sarımsaq
 1 yemək qaşığı kərə yağı ( zeytunyağı )
 qırmızı toz bibər
 duz
 qatıq
Tərəvəz Salatı Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz badımcan və bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz qatığı kasaya yığın.
✅İstifadə edəcəyiniz sarımsaqları soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz duzu kasaya yığın.
✅ Lazım olacaq cəfərini təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz pomidorları da yuyub dəsmal üzərinə alın.

Tərəvəz Salatı Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Badımcan və bibərləri közləyin.
✅ Közlənən badımcan və bibərlərin qabıqlarını soyun və kiçik olmadan doğrayın.
✅ Uzunsov bibərlərin toxumunu çıxardıb incə parçalar halında doğrayın.
✅ Qabıqları soyulan pomidorları da küp-küp doğrayın.
✅Cəfərini də kiçik-kiçik doğrayın.
✅Sarımsağı əzin.

Tərəvəz Salatının Hazırlanma Qaydası
3

✅ Doğradığınız badımcan və bibərləri salat qabına yığın.
✅ Doğradığınız uzunsov bibərləri də salat qabına əlavə edin.
✅ Doğradığınız cəfərini də əlavə edib ərzaqları əzmədən yüngülcə qarışdırın.
✅ Əzdiyiniz sarımsaqları qatığa əlavə edib qarışdırın.
✅Duzunu ayarladığınız salatın üzərinə sarımsaqlı qatıq əlavə edin.

Diqqət
4

✅ Yay aylarında hazırlansa daha dadlı olar.
✅ İsti günlərdə yüngül öyün kimi də yeyilə bilər.

Tərəvəz Salatının Servis Edilməsi
5

✅ Kərə yağı və ya zeytun yağı ilə qovrulmuş qırmızı toz bibəri qatığın üzərinə gəzdirib servis edin.
✅ Müxtəlif kababların yanında servis edə bilərsiniz.

Nuş Olsun!