Yazdırma Seçimləri:

Tərəvəzli Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Bu günə qədər sizləri çeşit -çeşit keks tərifləri ilə tanış etdik. Kakaolusundan tutmuş ta ıspanaklısına qədər ən sevdiyiniz, heç hazırlamadığınız fərqli-fərqli keksləri hazırlayıb sizlərlə birlikdə süfrələrimizə düzdük.
Bu dəfə isə sizlərə duzli keksin necə bir gözəl nemət olduğunu göstərməyə çalışacağıq.
Çünki qəhvəaltılarda da , ara öyünlərdə də sevilərək yeyilən bir keksdir.
Qısacası, günün hər anında mədənizə çox yaxşı təsir göstərəcək bir yemək tərifidir.

tərəvəzli keks

Lazım Olan Ərzaqlar
 3 ədəd doğranmış çuğundur yarpağı
 3 ədəd bişmiş və doğranmış kartof
 2 ədəd rəndələnmiş böyük kabak
 3 yemək qaşığı tam kəpəkli un
 1 ədəd yumurta
 3 yemək qaşığı zeytun yağı
 250 q rəndələnmiş holland pendiri
 duz
 istiot
 1 çay qayığı qırmızı bibər
 1 çay qayığı kəklikotu
 1 çay qayığı cirə
Tərəvəzli Keks Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz çuğunduru yuyub təmizləyərək mətbəx dəsmalının üzərinə alın.
✅ İstifadə edəcəyiniz kartofu soyubtəmizləyərək mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz kabakları təmizləyib mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq zeytun yağını stəkana süzün.
✅ Lazım olacaq unu kasaya alın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq holland pendirini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu, kəklikorunu, cirəni, istiotu,qırmızı bibəri ayrı-ayrı kasalara yığın.

Tərəvəzli Keks Üçün Ərzaqların Hazırlanması
2

✅İstifadə edəcəyiniz çuğunduru və kartofu doğrayın.
✅ İstifadə edəcəyiniz kabağı rəndələyin.
✅ Keksə qatacağınız yumurtaları bir kasaya sındırın.
✅ Üzərinə vuracağınız holland pendirini rəndələyin.

Tərəvəzli Keksin Hazırlanması
3

✅ Robotta doğranmış çuğunduru, kartofu və rəndələnmiş kabağı yaxşıca çəkin.
✅ Üstünə yumurtanı, zeytun yağını və unu əlavə edib yenidən qarışdırın.
✅ Ən son ədviyyatları əlavə edib yenidən qarışdırın.
✅ Soba listini yağlayın.
✅ Qarışımı siniyə tökün və üzərinə rəndələnmiş holland pendirini səpin.

Tərəvəzli Keksin Bişirilməsi
4

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ 20 - 25 dəqiqə qədər 180 dərəcə qızdırılmış sobada bişirin.
✅ Keks bişib hazır olduqdan sonra sobadan çıxardaraq kvadrat şəklində doğrayın.

Tərəvəzli Keksin Servis Edilməsi
5

Hazır tərəvəzli keksi isti və yaxud da soyuq halda servis edə bilərsiniz.

Nuş Olsun!