Yazdırma Seçimləri:

Tərəvəzli Noxud Küftəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 5 dəq

Tərəvəzli Noxud Küftəsi Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan bişmiş noxud
 1 ədəd kök
 ½ ədəd kabak
 ½ ədəd quru soğan
 3 diş sarımsaq
 5 ədəd cəfəri yarpağı
 2 yemək qaşığı tahin
 ½ ədəd təzə sıxılmış limon suyu
 2 yemək qaşığı çörək qırıntıları (ya da kəpəkli un)
 ¼ çay qayığı duz
 ¼ çay qayığı istiot
 ½ çay qayığı cirə
 2 yemək qaşığı duru yağ
Tərəvəzli Noxud Küftəsi Üçün Ərzaqların Yığılması
1

✅ Noxudları ayırtlayıb yuyun.
✅Kabakları yuduqdan sonra qabığını soyub kasaya yığın.
✅ Kökü yuyb sonra qabığını soyub təmizləyin.
✅Quru soğanın qabığını soyub kasaya alın.
✅Sarımsağı soyub kasaya alın.
✅Göyərtiləri yuyub suyunu süzmək üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ Ədviyyatları kasaya alın.
✅ Bişirəcəyiniz duru yağı tavaya süzün.

Tərəvəzli Noxud Küftəsi Üçün Ərzaqların Hazırlanma Qaydası
2

✅ Noxudları bir gecə əvvəlcədən ısladın və sonra suyunu süzərək qaynar su əlavə edib bişirin.
✅ Kabağı rəndələyib suyunu süzün.
✅ Kökü və quru soğanı rəndələyin.
✅ Limonun suyunu stəkana sıxın.
✅ Göyərtiləri incə-incə doğrayın.
✅ Çörəyi bir qarışdırma qabına ovxalayın.

Tərəvəzli Noxud Küftəsinin Hazırlanması
3

✅ Noxudu, kökü, kabağı, quru soğanı, sarımsaqları qarışdırın .
✅ Ardından tahini, təzə sıxılmış limon suyunu və ədviyyatları, incə -incə doğranmış cəfərini də əlavə edib yenidən qarışdırın.
✅ Bütün ərzaqları bir qaba alın və çörək qırıntılarını da əlavə edin.
✅ Ərzaqların qarışması üçün yaxşı-yaxşı yoğurun.

DİQQƏT
4

✅ Küftələrinizin qızgın yağda dağılmasını istəmirsinizsə bütün tərəvəzlərin suyunu tamamən çıxartmağa çalışın.
✅ Bunun üçün rəndələdiyiniz ərzaqların suyunu yaxşıca süzüb sonra küftələri hazırlamaq lazımdır.

Tərəvəzli Noxud Küftəsinin Bişirilmə Qaydası
5

✅ Hazır olduqdan sonra əlinizlə küftələrə şəkil verərək duru yağda qızardın.
✅ Küftələri qızartmaq istəmirsinizsə yağlı kağız sərilmiş soba sinisinin üzərinə qoyub əvvəlcədən 180 dərəcə qızdırılmış sobada da bişirə bilərsiniz.

Tərəvəzli Noxud Küftəsinin Servis Edilməsi
6

✅ Yanında süzmə qatıq və kahı qoyaraq isti halda servis edin.
✅ Bəzi soslarla da servis edə bilərsiniz.

Nuş Olsun!