Yazdırma Seçimləri:

Təzə Lobya Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Təzə lobyaları mövsümündə alıb bişirmək və bu yeməyin dadını qışda da hiss etmək üçün konserv hazırlamaq yerinə düşər.
Qışda ürəyiniz təzə lobya yemək istəyəndə hazırladığınız konservlər sizin köməyinizə çatacaqdır. Xüsusi ilə çalışan xanımlar üçün bu yemək göydəndüşmə kimı olacaqdır.
1001 dad .com saytı sizlərə Təzə lobya konservi hazırlamanın reseptini təqdim edir.

Təzə Lobya Konservi Üçün Lazım Olan Ərzaqlar
 6 ədəd orta böyüklükdə soğan
 5 kq təzə lobya
 5 kq pomidor
 1 ədəd sarımsaq
 1 stəkan zeytun yağı
 2 yemək qaşığı qaya duzu
Təzə Lobya Konservi Üçün Ərzaqların Yığılma Qaydası
1

✅ Lobyanı ayırtlayıb yuyun və suyunun quruması üçün bir mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz suyu bir qazana süzün.
✅ Lazım ola biləcək qədər pomidorları yuyub suyunun quruması üçün bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Təzə lobya konservi üçün lazım olacaq soğanların qabığını soyub bir kasaya yığın.
✅ Təzə lobya konservi üçün lazım olacaq qədər duzu bir kiçik kasaya yığın.
✅ Təzə lobya turşusu üçün lazım ola biləcək qədər sarımsağı təmizləyib bir kasaya yığın.
✅ Lobya konservi üçün lazım olacaq qədər zeytun yağını bir stəkana süzün.

Təzə Lobya Konservi Üçün Ərzaqların Hazırlanma Qaydası
2

✅ Suyunu çəkən sonra lobyaları eninə doğrayın.
✅ Banka və qapaqları da strelizə edin.
✅ 2-3 litr su qaynadın.
✅ Pomidorların alt hisəsindən nazikcə cızıq atın.
✅ Hazırladığınız pomidorları qaynar suya atıb 2-3 dəqiqə saxlayın.
✅ Sonra qaynar sudan çıxardıb başqa bir qabda hazırladığınız buzlu suya atın.
✅ Bu şəkildə qabıqlar çox rahat soyulacaq.
✅ Qabıqlarını soyduğunuz pomidorları kub şəkliində doğrayın.
✅ Soğanları da kub şəklində doğrayın.

Təzə Lobya Konservi Üçün Ərzaqların Bişirilmə Qaydası
3

✅ Bütün bu hazırlıqları etdikdən sonra qazana yağı tökün .
✅ Yağ qızdıqdan sonra doğradığınız soğanları yağda qovurun.
✅ Soğanlar bir az qovrulduqdan sonra lobya, sarımsaq və pomidorları əlavə edin.
✅ Pomidor suyunu verincəyə qədər birlikdə qovurun.
✅ Pomidor suyunu verdikdən sonra duzunu əlavə edib yaxşıca qarışdırın.
✅ Bütün ərzaqlar yaxşıca bişməsinə çalışın.
✅ Yemək yaxşıca qaynamağa başlayınca qazanın altını qapatmadan strelizə edilmiş bankaları boğazlarına qədər doldurun.
✅ Bankaların ağzını təmiz-təmiz silib qapaqlarını bağlayın.
✅ Çalışın qapaqları möhkəm bağlansın ki, hava çəkərək konservlərin xarab olmasına səbəb olmasın.
✅ Sonra bankaları tərs çevirərək qapağının möhkəm bağlanmasını yoxlayın.
✅ Konservləri soyuması üçün günəş işığının az düşdüyü bir yerə qoyun.

Təzə Lobya Konservinin Servis Edilmə Qaydası
4

✅ Təzə lobya konservini istənilən öyün yeməkləri zamanı servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 100 q


Porsiya Başına Miqdar
Kalori 15
% Gündəlik Dəyər *
Xolesterol 0mg
Natrium 192mg8%
Kalium 92mg3%
Toplam Karbohidrat 3.27g2%

Şəkərlər 1.25g

Kalsium 29%
K Vitamini 7.3%
Tiamin 0.015%

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.