Yazdırma Seçimləri:

Təzə Lobya Turşusu

Verimlilik4 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı6 dəqÜmumi Vaxt16 dəq

1001 dad yemək saytı tapa biləcəyiniz ən ləzzətli "Təzə lobya turşusu" tərifini sizlərə təqdim edir!
Turşu tərifləri arasında ən çox oxunan yemək təriflərindən biri olan "Təzə lobya turşusu"
nu böyük bir həvəslə hazırlamağınızı və sevdikləriniz ilə birlikdə nuş etməyiniz diləyi ilə!

Təzə Lobya Turşusu Üçün Lazım Olan Ərzaqlar
 1 kq təzə lobya
 1 l su
 1 stəkan üzüm sirkəsi
 1 ədəd sarımsaq
 2 yemək qaşığı qaya duzu
 1 çay qayığı limon duzu
 2 l su ( lobyaları qaynatmaq üçün )
 2 l buzlu su ( lobyaların möhkəmlənməsi üçün )
Təzə Lobya Turşusu Üçün Ərzaqların Yığılması
1

✅ Lobyaları yuyub təmizləyərək bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Lobya turşusu üçün lazım olan suyu bir şüşə qaba süzün.
✅ Lobya turşusu üçün istifadə edəcəyiniz sarımsaqları bir kasaya yığın.
✅ Lobya turşusuna lazım olacaq qədər sirkəni stəkana süzün.
✅ Lobya turşusuna lazım olacaq qədər duzu kiçik bir kasaya yığın.
✅ Turşuya istifadə edəcəyiniz limon duzunu bir kasaya yığın.
✅ Turşunu hazırlayacağınız bankanı yuyub bir dəsmal üzərində suyunu qurumağa qoyun.

Təzə Lobya Turşusunun Ərzaqlarının Hazırlanması Qaydası
2

təzə lobya turşusu

✅ Lobyaların uclarını kəsməyin.
✅ 2 l suyu qaynadın.
✅ Sarımsaqların qabığını soyun.
✅ 3 l suyu soyuducuda soyudun.

Təzə Lobya Turşusu Üçün Ərzaqların Bişirilməsi Qaydası
3

✅ 2 litr suyu qaynadın və qaynamaqda olan suya lobyaları atın.
✅ 2-3 dəqiqə yüngül rəngi dəyişənə qədər lobyaları qaynar suda tutun.
✅ Qaynadılan lobyaları kəfkirin köməyi ilə alıb buzlu suya qoyun.
✅ Belə edəndə lobyaların rəngləri yamyaşıl qalır.

Təzə Lobya Turşusunun Konservləşdirilmə Qaydası
4

✅ 2 litrlik qaba lobyaları düz olaraq yerləşdirin.
✅ Qabın altına və lobyaların aralarına sarımsaq qoyun.
✅ Ayrı bir qabda 1 litr su, sirkə, duz və limon duzunu qarışdıraq, qaba tökün.
✅ Qabın ağızını möhkəmcə bağlayıb günəş almayan sərin bir yerə qoyun.
✅ 10 günün sonunda turşunuz hazır olacaq

Təzə Lobya Turşusunun Servis Edilmə Qaydası
5

✅ Lobya turşusunu istənilən yeməklərlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0


Porsiya Başına Miqdar
Kalori 38