Yazan1001 dadKateqoriyaÇətinlikNormal
Tikə qovurma
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq
Lazım olan ərzaqlar
Qovurma haqqında
1

Qovurma- Qərbi Azərbaycanın bir çox bölgələrində, ən əsası isə Ağbaba mahalının milli mətbəxində mühüm yeri olan bir xörəkdir.
Bu yeməyi əslində ilin payız fəsillərində hazırlayırlar.
Qovurma qış hazırlıqları siyahısında birinci yerdə gəlir.
Bu yeməyin özünəməxsus hazırlanma metodu vardır.
Qovurma yeməyini təbii yağdan və quyruq yağından istifadə edərək hazırlamaq lazımdır.
Qovurmanın ləzzətli olmasını istəyirsinizsə odun atəşində bişirməyiniz gərəkir.
Qovurmada ətləri çox bişirib əzmək olmaz.
Bişərkən saldığı köpükləri təmizləmək lazımdır.
Bu yemək uzun zaman saxlana bildiyi üçün, yağını və duzunu bir az artıq etmək lazımdır

Hazırlanma qaydası
2

Ətləri çox da iri olmadan doğrayın.
Ətləri təmiz-təmiz yuyub aşsüzəndən suyunu süzün.
Quyruq yağının da bir hissəsini əti bişirəcəyiniz qazana doğrayın.
Hazırladığınız ətləri qazana yığıb ocağa alın.
Qazana bir stəkan su əlavə edin və yüksək atəşdə bişməyə qoyun.
Qaynamağa başlayan ətin üzərinə yığılan köpükləri bir kənara alın.
Köpükləri təmizlənən ət suyu tərtəmiz, duru olmalıdır.
Qaynayan əti aradabir diqqətlicə qarışdırın ki, ətlər əzilməsin.
Ətin suyu tamamən çəkildikdən sonra əti bir kənara alın.
Quyruq yağının qalan hissəsini də bir başqa qazana alıb ocaqda əridin .
Əriyən quyruq yağının içərisinə kərə yağını da əlavə edin.
Bişən ətləri quyruq yağının içinə alıb qovurun.
Ancaq "Qovurma"nı yüksək atəşdə bişirmək lazımdır.
Hazır olana yaxın duzunu əlavə edin.
Ətlər tamamən qızardıqdan və suyu çəkildikdən sonra hazır hesab olunar.
Qovurmanı həm isti , həm də soyuq halda yemək olar.
Qışa saxlanacaq qovurmanın üzərinə öz yağından və təbii yağdan əlavə edərək emallı qazanda saxlamaq lazımdır.
Yağı elə tökmək lazımdır ki, qovurmanın üzəri bütövlükdə örtülsün və hava keçməsin.
Belə saxlanan qovurma uzun zaman istifadə olunar və xarab olmaz.

Diqqət edəcəkləriniz
3

Qovurma ətini hazırlayarkən çox kiçik doğramaq, həddən çox bişirmək və yaxud da az bişirmək olmaz.
Az bişirilərsə saxlanması mümkün olmaz xarab olar.
Çox bişərsə də tamamən əzilər.
Qovurmanı duzlu və yağını çox vurmaq lazımdır və emallı qabda , sərin yerdə saxlamaq lazımdır.

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Qovurma